Qırğızıstanda zəlzələ baş verib27 Oktyabr 2018, 11:39 (GMT +4) Bakı, 27 oktyabr, SalamNews. Bu gün səhər Qırğızıstanın Oş vilayətində zəlzələ baş verib.
SalamNews "24kg"yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının seysmologiya institutu məlumat verib.
Onun sözlərinə görə, zəlzələnin gücü episentrdə təxminən 3,5 bal olub. Yeraltı təkanların ocağı Terek kəndindən 5 kilometr qərbdə, Oş şəhərindən 120 kilometr, Naryn şəhərindən 190 kilometr uzaqlıqda yerləşib.
|