Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BANM-da Layihə İdarəetmə Məktəbinin Məzun günü keçirilib

01 Noyabr 2018, 15:24 (GMT +4)

Bakı, 1 noyabr, SalamNewsBakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun günü keçirilib.

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə SOCAR və BP şirkətlərinin rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər.

Məzunlarına Corc Vaşinqton Universitetinin magistr sertifikatı verən təlim proqramı - Layihə İdarəetmə Məktəbini bu dəfə 12 müəssisənin 47 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR və şirkətin “Azneft” İstehsalat Birliyi, “Azərikimya” İstehsalat Birliyi, Neftqaztikinti Tresti, Kompleks Qazma İşləri Tresti kimi təşkilatlarının, “Azərsu” ASC, BP, EY, "WorleyParsons", "Caspian Business Management and Consulting", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Gate Baku" kimi şirkətlərin rəhbər işçiləri və məsul əməkdaşları var.

Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək bildirib ki, artıq ikinci ildir BANM-da reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarından bir çoxu proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər.

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “SOCAR-ın Bakı Ali Neft Məktəbi bu gün texniki fənlər sahəsində ölkəmizin aparıcı ali məktəbi olmaqla ən parlaq zehinli gənclərimizi cəmləşdirərək onlara beynəlxalq tədris proqramları əsasında ingilis dilində ən yüksək səviyyədə təhsil almaq imkanı yaradıb. Ölkəmizin gələcəyi olan gənc mütəxəssislərimizin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələri olduqca mühüm hesab edirəm. Bu layihədə müvəffəqqiyyətə nail olmuş bütün məzunlarımızı ürəkdən təbrik edirəm".

Tədbirdə həmçinin layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın "Stratex" şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edib və məzunları ürəkdən təbrik edib. 

Daha sonra məzunlar çıxış edərək Layihə İdarəetmə Məktəbinin onların profesional karyeralarına böyük töhfə olduğunu və burada əldə etdikləri yeni biliklərin peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verdiyini bildiriblər. Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı təqdim edilib.

Qeyd edək ki, son bir il ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək öz əməkdaşlarının ixtisas artırması baxımından onların bu layihədə iştirakına üstünlük verir. Məktəbdə layihələrin idarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında təlim keçirilir. Həmin modullara Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və kommunikasiya, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq, Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi kurslar daxildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66