Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

01 Noyabr 2018, 16:43 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) “Mastercard” şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Palatadan SalamNews-a verilən məlumata görə, E.Rüstəmov ölkə Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, onun strateji istiqamətləri və icra tədbirləri barədə çıxış edib. Bununla yanaşı, işgüzar nahar “AmCham”ın üzvü “FA International Trade Events” şirkəti və “Junior Achievement Azerbaijan” təşkilatı tərəfindən keçirilmiş təqdimatlarla yadda qalıb. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə 150-dən çox qonaq iştirak edib.

“Mastercard” şirkətinin dəstəyi ilə təşkil olunan aylıq işgüzar naharda şirkətin İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri də çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən E.Rüstəmov qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, Proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətin effektivliyinin artmasına təsirlərindən, eləcə də Proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən “Mastercard” təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışıb. E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

O, həmçinin, fiskal siyasətin də monetar siyasətlə birlikdə xarici şoklara dayanıqlığının təmin edilməsinin, daxili borc bazarının inkişafına zəruri dəstəyin vacibliyini və cari ildə kredit aktivliyi tədricən bərpa olunsa da bank sektorunda əlavə sağlamlaşdırılma tədbirlərinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
E.Rüstəmov başlanmış pozitiv meyillərin qorunmasının, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artımın sürətləndirilməsinin ortamüddətli dövrün başlıca prioriteti olduğunu bildirib: “Ortamüddətli dövrdə optimist proqnozların reallaşması üçün yaxşı harmonizasiya olunmuş siyasət tədbirləri, prioritet xarakterli iqtisadi islahatların reallaşdırılması tələb olunur. Mərkəzi Bank da ölkədə aparılan islahatların və yeridilən iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək”.

Çıxışının sonunda AMB-nin sədri biznes üçün əlverişli mühit quruculuğunda Mərkəzi Bankın rolunun vacibliyini qeyd edərək biznes sektoru nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılmasına, həmçinin, tədbirə dəvətə görə Azərbaycanda Amerika Ticarət Palatasına və “Mastercard”ın nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elman Rüstəmov: “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxu yoxdur

Elman Rüstəmov istefa verməsi barədə məlumatlara münasibət bildirib

Elman Rüstəmov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Elman Rüstəmov: Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı mövcuddur

“Standard & Poor‘s"un Azərbaycanın investisiya mühiti ilə bağlı verdiyi reytinq ədalətli deyil -Elman Rüstəmov

AMB uçot dərəcəsini 10 faiz səviyyəsində saxlayıb- Elman Rüstəmov

FED-in uçot dərəcəsini artırması Azərbaycan bazarına birbaşa təsir etmir - Elman Rüstəmov

Elman Rüstəmov: Uçot dərəcəsinin yenidən azaldılması potensialı var

Elman Rüstəmov: Uçot dərəcəsinin yenidən azaldılması potensialı var

Elman Rüstəmov: "Manat ilin əvvəlindən 4 faiz möhkəmlənib"

Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib - Elman Rüstəmov

Elman Rüstəmov: ABB-nin reskturizasiyası prosesi manatın məzənnəsinə təsir göstərməyəcək

Elman Rüstəmovun müavinlərinin səlahiyyət müddəti artırılıb

Tam üzən məzənnəyə keçidlə bağlı hazırlıq işləri görülür - Elman Rüstəmov

Elman Rüstəmov: Fiskal siyasət ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayır

Elman Rüstəmov: Büdcəyə Dövlət Neft Fondundan transfertlər son 3 ildə üç dəfə azaldılıb

Elman Rüstəmov: Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb

Mərkəzi Bankın sədri Elman Rüstəmova ağır itki üz verib

Mərkəzi Bankın sədri Elman Rüstəmov ADİU-da olub

Həm əhalidə, həm biznesdə borclanma problemi var - Elman Rüstəmov

26 Fevral 2020, 10:40 (GMT +4)
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

26 Fevral 2020, 10:36 (GMT +4)
Cəlilabadda Xocalı Soyqrımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

26 Fevral 2020, 10:21 (GMT +4)
Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

26 Fevral 2020, 10:18 (GMT +4)
İdlibdə şiddətli döyüşlər gedir, ordu bir qəsəbəni itirib digərini ələ keçirib

26 Fevral 2020, 10:15 (GMT +4)
Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

26 Fevral 2020, 10:06 (GMT +4)
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

26 Fevral 2020, 09:58 (GMT +4)
Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

26 Fevral 2020, 09:54 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

26 Fevral 2020, 09:53 (GMT +4)
ABŞ İrana dəstək verdiyi deyilən 13 qurum və şəxsə sanksya tətbiq edib

26 Fevral 2020, 09:39 (GMT +4)
İsgəndər Həmidov vəfat edib

26 Fevral 2020, 09:31 (GMT +4)
Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

26 Fevral 2020, 09:24 (GMT +4)
İran hökumətinin sözçüsü koronavirusa yoluxması xəbərinə münasibət bildirib

26 Fevral 2020, 09:18 (GMT +4)
İlham Əliyev: "Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək"

26 Fevral 2020, 09:15 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri keçib

26 Fevral 2020, 09:00 (GMT +4)
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

26 Fevral 2020, 01:37 (GMT +4)
Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 28 il ötür

25 Fevral 2020, 18:25 (GMT +4)
DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:15 (GMT +4)
Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

25 Fevral 2020, 18:01 (GMT +4)
Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

25 Fevral 2020, 17:50 (GMT +4)
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fevral 2020, 17:41 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

25 Fevral 2020, 17:35 (GMT +4)
Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

25 Fevral 2020, 17:29 (GMT +4)
Bəhreyn ölkədə koronavirusa yoluxanların sayının 17-ə çatdığını bildirib

25 Fevral 2020, 17:24 (GMT +4)
Taylandda bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb

25 Fevral 2020, 17:17 (GMT +4)
Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

25 Fevral 2020, 17:06 (GMT +4)
Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:00 (GMT +4)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib 

25 Fevral 2020, 16:59 (GMT +4)
Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66