Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nobel Oil” və “Wood” şirkətləri Azərbaycanda birgə müəssisə yaradır

01 Noyabr 2018, 17:02 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. “Nobel Oil” və “Wood” şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıblar.

SalamNews xəbər verir ki, birgə müəssisə “Wood” şirkətinin mühəndis-layihələndirmə və texniki xidmət imkanlarını, eləcə də “Nobel Oil” şirkətinin Xəzər regionunda bilik, təcrübə və bacarıqlarını özündə cəmləşdirəcək.

Birgə müəssisə, əsasən, Azərbaycanda dənizdə yerləşən müxtəlif obyektlərdə mühəndis-layihələndirmə, təchizat və tikintinin idarə olunması müqavilələrinin yerinə yetirilməsinə xidmət edəcək.

Birgə müəssisənin yaradılması ilə bağlı “Wood”, “Nobel Oil” və bazarda fəaliyyət göstərən digər şirkətlərin yüksək səviyyəli nümayəndələrinin, eləcə də Böyük Britaniyanın Ticarət və İnvestisiya departamentinin (UKTI) təmsilçilərinin və Böyük Britaniyanın Azərbaycandakı səfiri Dr. Kerol Krofts və digər qonaqların iştirakı ilə Bakıda rəsmi imzalama mərasimi keçirilib.

“Wood” şirkətinin Avropa, Avstraliya, Amerika və Afrika üzrə baş icraçı direktoru Deyv Styuart bildirib ki, "Wood” şirkəti Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə, müştərilərin ehtiyaclarını dəstəkləyən xidmətlərin göstərilməsinə və yerli təchizat zəncirində ön sırada olmaq üçün əməkdaşlıq qurmağa, yeni imkanların tapılmasına sadiqdir: “Nobel Oil” şirkəti ilə səylərimizin birləşdirilməsi Azərbaycanda həm mühəndis-layihələndirmə imkanlarımızı artıracaq, həm də yerli işçi qüvvəsi üçün təlim və inkişaf imkanları yaradacaq".

“Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli bildirib ki, birgə müəssisənin yaradılması Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafına xidmət edəcək əhəmiyyətli hadisədir: “Yeni birgə müəssisə müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər iki şirkətin təcrübə və bacarıqlarını birləşdirəcək. İnanıram ki, bu tərəfdaşlıq hər iki şirkət və bütün sənaye üçün faydalı olacaq”.

Qeyd edək ki, “Wood” şirkəti enerji və sənaye sahələrində layihələndirmə, mühəndislik və texniki xidmətlərin göstərilməsi üzrə dünya lideridir. “Wood” gəliri 10 milyard ABŞ dollarından çox olan, təqribən, 60 000 işçinin çalışdığı və 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətdir. 2016-cı ildə “Wood” şirkəti Azərbaycanda 200 yeni iş yeri yaradaraq BP şirkətinin dənizdəki səkkiz platformasına mühəndis-layihələndirmə xidmətləri göstərmək üçün ümumi dəyəri 500 mln. dollar olan 5 illik müqavilə imzalayıb.

“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Nobel Oil Services” Yay Təcrübə Proqramını yekunlaşdırıb

Nobel Oil Services ISO 37001:2016 sertifikatını əldə edib

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlığı üzrə təlim keçirib

Nobel Oil Services və GAMA Industry Inc. birgə müəssisə yaradıb

“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

Nobel Oil Services əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib

"Nobel Oil" şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

"Azərsu", “Biwater” və “Nobel Oil” şirkətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

17 Oktyabr 2019, 18:21 (GMT +4)
Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

17 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb

17 Oktyabr 2019, 17:50 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çinə səfər edəcək

17 Oktyabr 2019, 17:44 (GMT +4)
Şəmkirdə 58 kq mənşəyi məlum olmaya ətin satışının qarşısı alınıb

17 Oktyabr 2019, 17:33 (GMT +4)
Bəşər Əsəd ilk dəfə olaraq Türkiyənin əməliyyatına münasibət bildirib: «Təcavüzə cavab verəcəyik»

17 Oktyabr 2019, 17:31 (GMT +4)
Rusiya XİN Dövlət Duması deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

17 Oktyabr 2019, 17:24 (GMT +4)
Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

17 Oktyabr 2019, 17:20 (GMT +4)
Ankarada Rəcəb Tayyib Ərdoğan ilə Mayk Pensin görüşü başlayıb

17 Oktyabr 2019, 17:17 (GMT +4)
Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

17 Oktyabr 2019, 17:06 (GMT +4)
Sumqayıtda zenit top mərmisi aşkarlanıb

17 Oktyabr 2019, 17:05 (GMT +4)
Səudiyyə son 2 ayda ilk dəfə olaraq neft gəmisini husilərin olduğu bölgəyə buraxıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Ankara: Suriyadakı terrorçular kimyəvi silahdan istifadə edə bilərlər

17 Oktyabr 2019, 16:34 (GMT +4)
Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

17 Oktyabr 2019, 16:20 (GMT +4)
Filippində 6,4 bal gücündə zəlzələ baş verib

17 Oktyabr 2019, 16:19 (GMT +4)
Türkiyədə azərbaycanlı zəhərlənmə nəticəsində ölüb 

17 Oktyabr 2019, 16:10 (GMT +4)
Şagird idarəetmə sistemi yaradılıb

17 Oktyabr 2019, 16:09 (GMT +4)
Suriyada ABŞ nəzarətində qalan hərbi qərargahların sayı açıqlanıb

17 Oktyabr 2019, 16:06 (GMT +4)
Xaçmazda narkotacirlər tutulub

17 Oktyabr 2019, 16:04 (GMT +4)
Merkel Türkiyəyə silah tədarükünün planlaşdırmadığını açıqlayıb

17 Oktyabr 2019, 16:02 (GMT +4)
“Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

17 Oktyabr 2019, 15:56 (GMT +4)
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

17 Oktyabr 2019, 15:42 (GMT +4)
Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

17 Oktyabr 2019, 15:38 (GMT +4)
Regionlardakı gənc qızlar sahibkarlığa cəlb olunacaqlar

17 Oktyabr 2019, 15:36 (GMT +4)
"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

17 Oktyabr 2019, 15:25 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

17 Oktyabr 2019, 15:18 (GMT +4)
ABŞ vitse-prezidenti Ankaraya gəlib

17 Oktyabr 2019, 15:16 (GMT +4)
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

17 Oktyabr 2019, 15:15 (GMT +4)
Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

17 Oktyabr 2019, 15:10 (GMT +4)
AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66