Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

02 Noyabr 2018, 12:03 (GMT +4)

Bakı, 2 noyabr, SalamNews. Bakıda təşkil olunan “İnnovasiya həftəsi” çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) və “Microsoft Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair təqdimat keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazrinini birinci müavini Əli Abdullayev NYRTN və “Microsoft Azerbaijan” şirkəti arasında mövcud olan sıx əməkdaşlıqdan, o cümlədən ölkədə birgə hayəta keçirilən layihələrdən danışıb və bildirib ki, hazırda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur ki, sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Nazir müavini əlavə edib ki, Azərbaycan "Microsot" korporasiyası ilə uzun illər əməkdaşlıq edir vəölkədə elektron imzaların (e-imza) istifadəsini təmin edən "açıq açar" infrastrukturunun qurulmasında "Microsoft"un böyük rolu olub. Bu günədəkAzərbaycanda 159 mindən çox istifadəçiyə e-imza sertifikatı təqdim olunub və hazırda elektron imza yeni nəsil şəxsiyyət vəsiqələrində uğurla tətbiq edilir.

“Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC ilə "Microsoft" arasında yeni "Enterprise Agreement" sazişi imzalanıb. Bu layihə dövlət qurumlarında lisenziya problemini aradan qaldırmaqla kibertəhlükəsizlik, əqli mülkiyyət və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcək. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin edilir", - deyə Ə. Abdullayev qeyd edib.

Tədbirdə çıxış edən “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində dövlət qurumları ilə iş üzrədirektoru Evangelos Xrisafidis bildirib ki, rəqəmsal transformasiya mürəkkəb və uzun bir prosesdir və bu müstəvidə “Microsoft” üçün dövlət qurumları ilə sıx əməkdaşlıq etmək olduqca önəmlidir: “Rəqəmsal transformasiya və müasir innovativ texnologiyaların tətbiqi iqtisadi yüksəlişin və geostrateji möhkəmliyin mühüm bir qouldur, belə halda əhali də gündəlik həyatlarına təsir edən dövlət xidmətlərini daha təkmilləşdirilmiş formada alır. Rəqəmsal transformasiya eyni zamanda ölkələrə investisiyaların cəlb olunmasında kömək olur ki, bu da özlüyündə texnologiya şirkətlərivə startaplar ekosistemini gücləndirir. AzərbaycanİKT sahəsində əhəmiyyətli dərəcədə inkişafa nail olub. “Microsoft” olaraq biz ən yaxşı beynəlxalq təcrübələri və bilikləri gətirməklə rəqəmsal transformasiya sahəsində Azərbaycan hökumətinə tövsiyələrimizi verməyə və əməkdaşlıq etməyə hazırıq. Bunun üçün bizim birgə böyük potensialımız, texnologiya və həllərimiz mövcuddur”.

E. Xrisafidis onu da əlavə edib ki, Azərbaycanla “Microsoft” arasında əməkdaşlıq çərçivəsində 5 mərhələdən ibarət işlər aparılacaq. Bura infrastrukturdan yararlanıb, rəqəmsal transformasiya prosesini maksimuma çatdırmaq, növbəti addımları layihələndirmək, öncə pilot layihələrin icrasına başlayıb, daha sonra onları genişləndirmək, beynəlxalq texnologiya arenasında Azərbaycanın təqdimatıvə yüksəldilməsi və son olaraq, dövlət qulluqçuları üçün təlimlər daxildir. Rəqəmsal transformasiyabütün dövlət sahələrini əhatə edir:səhiyyə, təhsil, şəhərlərin inkişafı, ictimaiyyətin qorunması və milli təhlükəsizlik və s.

Tədbir çərçivəsində Nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azerbaijan” şirkəti arasında Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Mərkəzin rəhbəri Rauf Cabbarov və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

S. Həşimovun sözlərinə görə, “əşyaların interneti” yeni bir qlobal tendensiyadır və bu sahədə mütəxəssislərin hazırlanması olduqca vacibdir. Mərkəzin nəzdində yaradılacaq “Əşyaların İnterneti” laboratoriyası innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək.

Tərəflər arasında imzalanmış memorandum 3-illik dövrü əhatə edir və eyni zamanda “Microsoft”un Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlığı əhatə edir. Belə ki, əməkdaşlıq çərçivəsində proqram həllərinin alınması ilə yanaşı ölkədə qorunan bir mühitin yaradılması, qeyri-neft sahəsinin inkişafı, yeni sektor və seqmentlərin formalaşdırılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, əhalinin bu xidmətlərdən geniş istifadəsi və s. daxildir.

Qeyd edək ki, “Əşyaların İnterneti” laboratoriyasının təqdimatı “Bakutel-2018” sərgisində nümayiş olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"TikTok""Microsoft"un təklifini rədd edib

"Microsoft" Rusiya hakerlərini Tramp və Baydenin qərargahına hücumlarda ittiham edib

Prezident İlham Əliyevlə “Microsoft”un vitse-prezidenti arasında videokonfrans keçirilib

Microsoft-un həmtəsisçisi Bill Geyts şirkətin idarə heyətindən istefa verib

Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

29 Noyabr 2020, 22:33 (GMT +4)
Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib

29 Noyabr 2020, 10:04 (GMT +4)
Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66