Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərxalça” ASC-nin Ağdam filialının açılışı olub

05 Noyabr 2018, 14:59 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinın, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olundu ki, bu kursları məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“Azərxalça” ASC-nin Qobustan filialının açılışı olub

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb

“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib

“Azərxalça” 18 ədəd “Hyundai” markalı avtobus alıb

“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Prezident “Azərxalça” ASC-nin Quba filialının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib (FOTO)

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar

“Azərxalça”nın Şəmkir filialı martın sonunda fəaliyyətə başlayacaq (FOTO)

"Halı" jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

“Azərxalça” ASC-nin səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub (FOTO)

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

28 Mart 2020, 14:21 (GMT +4)
BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28 Mart 2020, 14:15 (GMT +4)
AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

28 Mart 2020, 14:09 (GMT +4)
Qubada ağac kəsilməsi ilə bağlı rəsmi açıqlama verilib

28 Mart 2020, 13:55 (GMT +4)
Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

28 Mart 2020, 13:02 (GMT +4)
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28 Mart 2020, 12:45 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

28 Mart 2020, 12:28 (GMT +4)
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

28 Mart 2020, 12:19 (GMT +4)
ABŞ koronavirusla bağlı tələblərə baxmayaraq İranın dondurulmuş hesablarını açmaqdan imtina edib

28 Mart 2020, 12:15 (GMT +4)
Bolsonaru Braziliyada karantinə qarşı kampaniya hazırlayır

28 Mart 2020, 12:11 (GMT +4)
Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

28 Mart 2020, 11:57 (GMT +4)
Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

28 Mart 2020, 11:53 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 Mart 2020, 11:35 (GMT +4)
Ağcabədidə yük avtomobili yanıb

28 Mart 2020, 11:22 (GMT +4)
Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

28 Mart 2020, 11:18 (GMT +4)
ABŞ İraqda «İran» əleyhinə irimiqyaslı hərbi əməliyyat planlaşdırır - KİV

28 Mart 2020, 11:16 (GMT +4)
Bakıda karantin rejimini pozanlar cərimələnir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66