Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Fuad Muradov Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb

08 Noyabr 2018, 11:03 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews.  İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

SalamNews xəbər verir ki, görüşdə İsveçlə Azərbaycanı bağlayan ticarət və biznes əlaqələrinin tarixi ilə yaxından tanış olaraq bu əlaqələrin öyrənilməsi üçün birgə elmi layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinə Stokholmdakı Biznes Tarixi Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəz İsveçdə fəaliyyət göstərmiş və bu gün də mövcud olan şirkətlərin fəaliyyətini əks etdirən tarixi sənədləri və əşyaları qoruyub saxlayır. Mərkəz 7 mindən çox şirkətin arxivlərini qoruyur və bu məlumatlardan istifadə edərək müxtəlif kitablar və məlumatlar hazırlayır.

İsveçin Azərbaycanla tarixi əlaqələrindən söz açan mərkəzin rəhbəri Aleksandr Husebye Nobel qardaşlarına məxsus olmuş neft şirkətinin ölkəmizdə fəaliyyətindən danışıb, bu fəaliyyətin kifayət qədər öyrənilməməsinin təəssüf doğurduğunu bildirib. “Biz Nobel qardaşları haqqında kitab yazırıq və bu kitabda onların Azərbaycanda həyata keçirdikləri işlər və qoyduqları tarixi iz haqqında məlumat veriləcək. Bunun üçün alimlərimiz Azərbaycana da səfər edib və oradakı tarixi sənədlərlə tanış olublar”, - deyə o bildirib. Aleksandr Husebye kitabın 2020-ci ildə işıq üzü görəcəyini vurğulayaraq onun ölkəmizdə də maraqla qarşılana biləcəyini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, İsveçə səfəri haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi və tarixi araşdırmalar böyük maraq doğurur.

Nobel qardaşlarının neft hasilatı və emalı üzrə şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan komitə sədri bu barədə kitabların yazıldığını, hətta filmin də çəkildiyini vurğulayıb. O, Stokholmdakı Biznes Tarixi Mərkəzi tərəfindən Nobel qardaşlarının Azərbaycandakı həyatını əks etdirən ayrıca kitabın tərtibinin əhəmiyyətini qeyd edib, azərbaycanlı və isveçli alimlərin bununla bağlı birgə işinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə olunub, birgə işin həyata keçirilməsi üçün danışıqların başlanması qərarı verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fuad Muradov: 47 ölkədən 5 104 nəfər Azərbaycana qayıtmaq üçün müraciət edib

Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırıb

Fuad Muradov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

Fuad Muradov UNEC-də olub (FOTO)

Fuad Muradov Strasburqda Azərbaycan icması ilə görüş keçirib

Fuad Muradov müsabiqənin qalibləri ilə görüşüb

Fuad Muradov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Komitə sədri Fuad Muradov bəstəkar Arif Mirzəyevi təbrik edib

Fuad Muradov İsveç-Azərbaycan Birliyinin tədbirində iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Fuad Muradov Almaniyada azərbaycanlılarla görüş keçirib

Fuad Muradov Fransada bir sıra görüşlər keçirib

Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır

Fuad Muradov Tbilisidəki Cümə məscidində olub

Fuad Muradov Gürcüstana gedəcək

Fuad Muradov Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb

Fuad Muradov Fransa nümayəndə heyəti ilə görüşüb

Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək - Fuad Muradov

Fuad Muradov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

26 Yanvar 2021, 18:00 (GMT +4)
AZAL: Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀

26 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

26 Yanvar 2021, 17:41 (GMT +4)
Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub

26 Yanvar 2021, 17:40 (GMT +4)
ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

26 Yanvar 2021, 17:36 (GMT +4)
Silsilə oğurluqlar edən şəxs ifşa olunub

26 Yanvar 2021, 17:27 (GMT +4)
Çində son sutkada 139 koronavirusa yoluxma aşkar edilib

26 Yanvar 2021, 17:25 (GMT +4)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:15 (GMT +4)
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66