Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalq artisti Amaliya Pənahova vəfat edib

08 Noyabr 2018, 10:09 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews. Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat edib.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, o, noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib. 1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professoru olub. Prezident təqaüdçüsü olub. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. 2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2019, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2019, 18:47 (GMT +4)
BŞBPİ Bakıda keçirilmiş mitinqlə bağlı məlumat yayıb

19 Yanvar 2019, 18:39 (GMT +4)
Bakıda müxalifətin mitinqi keçirilib

19 Yanvar 2019, 17:00 (GMT +4)
Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib

19 Yanvar 2019, 16:52 (GMT +4)
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

19 Yanvar 2019, 16:47 (GMT +4)
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19 Yanvar 2019, 16:40 (GMT +4)
Son sutka ərzində  1,5 mindən çox qaçqın Suriyaya dönüb

19 Yanvar 2019, 16:33 (GMT +4)
Bakı Dövlət Universitetində 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 16:28 (GMT +4)
MirHəsən Seyidov: 20 yanvar ümumxalq mübarizəsi əsasında müstəqilliyimiz möhkəmləndi

19 Yanvar 2019, 16:22 (GMT +4)
Mixail Qusmana Rusiya Dövlət Dumasının mükafatı təqdim edilib

19 Yanvar 2019, 16:15 (GMT +4)
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

19 Yanvar 2019, 15:57 (GMT +4)
Qüdsdə 800 fələstinli ailə evlərindən çıxarılmaq təhlükəsi ilə üzləşib – BMT qurumu

19 Yanvar 2019, 15:44 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

19 Yanvar 2019, 15:32 (GMT +4)
BMT ATƏT MQ-nin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləməyə hazır olduğunu bəyan edib

19 Yanvar 2019, 15:30 (GMT +4)
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19 Yanvar 2019, 15:22 (GMT +4)
Zimbabve Prezidenti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub (FOTO)

19 Yanvar 2019, 15:20 (GMT +4)
Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsi artmaqda davam edir 

19 Yanvar 2019, 15:15 (GMT +4)
Bakıya gətiriləcək 18 metrlik avtobuslar geniş prospektlərdə istifadə olunacaq

19 Yanvar 2019, 15:01 (GMT +4)
Hindistanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 14:47 (GMT +4)
Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib

19 Yanvar 2019, 14:44 (GMT +4)
Ərəb Dövlətləri Liqası zirvə toplantısının yeganə dövlət başçısı məlum olub

19 Yanvar 2019, 14:38 (GMT +4)
ASCO 20 Yanvar faciəsinə həsr olunan sənədli film hazırlayıb (VİDEO)

19 Yanvar 2019, 14:35 (GMT +4)
Tramp: Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək

19 Yanvar 2019, 14:32 (GMT +4)
Rusiya yeni raket və peyk əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib - CNBC

19 Yanvar 2019, 14:30 (GMT +4)
Gömrükçülər narkotik vasitə aşkarlayıb

19 Yanvar 2019, 14:22 (GMT +4)
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq

19 Yanvar 2019, 14:10 (GMT +4)
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında görüş keçirilib

19 Yanvar 2019, 14:05 (GMT +4)
Əfqanıstanda silahı yerə qoyan Hikmətyar prezidentliyə namizədliyini irəli sürüb

19 Yanvar 2019, 13:56 (GMT +4)
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 13:48 (GMT +4)
KİV: MKİ Kaşıkçı cinayəti ilə bağlı məlumatları ictimaiyyətə açıqlamalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66