Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın Dövlət Bayrağı Günü Poltavada qeyd edilib

09 Noyabr 2018, 16:54 (GMT +4)

Bakı, 9 noyabr, SalamNewsUkraynanın Poltava şəhərində 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Poltova şəhərindəki fəxri konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlayıb.

Yüz il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın yaranma tarixindən bəhs edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir. Son illər müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini bildirən səfir zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Bayraq Gününün 100 illiyi münasibətilə tədbirə qatılanları təbrik edən Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev çıxışında qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıb. Fərəhləndirici haldır ki, tarixi Vətənimiz Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərblə Şərqi birləşdirən beynəlxalq iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycanı daha parlaq gələcəyə aparır.

Tədbirdə üçrəngli bayrağımızın yaranma tarixini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Bayram şənliyi Azərbaycanın və Ukraynanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2019, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2019, 18:47 (GMT +4)
BŞBPİ Bakıda keçirilmiş mitinqlə bağlı məlumat yayıb

19 Yanvar 2019, 18:39 (GMT +4)
Bakıda müxalifətin mitinqi keçirilib

19 Yanvar 2019, 17:00 (GMT +4)
Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib

19 Yanvar 2019, 16:52 (GMT +4)
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

19 Yanvar 2019, 16:47 (GMT +4)
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19 Yanvar 2019, 16:40 (GMT +4)
Son sutka ərzində  1,5 mindən çox qaçqın Suriyaya dönüb

19 Yanvar 2019, 16:33 (GMT +4)
Bakı Dövlət Universitetində 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 16:28 (GMT +4)
MirHəsən Seyidov: 20 yanvar ümumxalq mübarizəsi əsasında müstəqilliyimiz möhkəmləndi

19 Yanvar 2019, 16:22 (GMT +4)
Mixail Qusmana Rusiya Dövlət Dumasının mükafatı təqdim edilib

19 Yanvar 2019, 16:15 (GMT +4)
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

19 Yanvar 2019, 15:57 (GMT +4)
Qüdsdə 800 fələstinli ailə evlərindən çıxarılmaq təhlükəsi ilə üzləşib – BMT qurumu

19 Yanvar 2019, 15:44 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

19 Yanvar 2019, 15:32 (GMT +4)
BMT ATƏT MQ-nin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləməyə hazır olduğunu bəyan edib

19 Yanvar 2019, 15:30 (GMT +4)
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19 Yanvar 2019, 15:22 (GMT +4)
Zimbabve Prezidenti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub (FOTO)

19 Yanvar 2019, 15:20 (GMT +4)
Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsi artmaqda davam edir 

19 Yanvar 2019, 15:15 (GMT +4)
Bakıya gətiriləcək 18 metrlik avtobuslar geniş prospektlərdə istifadə olunacaq

19 Yanvar 2019, 15:01 (GMT +4)
Hindistanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 14:47 (GMT +4)
Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib

19 Yanvar 2019, 14:44 (GMT +4)
Ərəb Dövlətləri Liqası zirvə toplantısının yeganə dövlət başçısı məlum olub

19 Yanvar 2019, 14:38 (GMT +4)
ASCO 20 Yanvar faciəsinə həsr olunan sənədli film hazırlayıb (VİDEO)

19 Yanvar 2019, 14:35 (GMT +4)
Tramp: Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək

19 Yanvar 2019, 14:32 (GMT +4)
Rusiya yeni raket və peyk əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib - CNBC

19 Yanvar 2019, 14:30 (GMT +4)
Gömrükçülər narkotik vasitə aşkarlayıb

19 Yanvar 2019, 14:22 (GMT +4)
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq

19 Yanvar 2019, 14:10 (GMT +4)
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında görüş keçirilib

19 Yanvar 2019, 14:05 (GMT +4)
Əfqanıstanda silahı yerə qoyan Hikmətyar prezidentliyə namizədliyini irəli sürüb

19 Yanvar 2019, 13:56 (GMT +4)
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 13:48 (GMT +4)
KİV: MKİ Kaşıkçı cinayəti ilə bağlı məlumatları ictimaiyyətə açıqlamalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66