Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Cavid Qurbanov Vyanada əməkdaşlıq perspektivlərini müzakirə edib

15 Noyabr 2018, 18:30 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews.  Noyabrın 15-də Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin Baş katibi Andreas Rayxardt arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, görüşdə “Avstriya Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe və Avstriya Parlamentində Avstriya-Azərbaycan ikitərəfli parlament işçi qrupunun rəhbəri Barbara Krenn də iştirak ediblər.

C. Qurbanov görüşdə qarşı tərəfə Azərbaycanda dəmir yollarının inkişaf etdirilməsi və müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi, o cümlədən Çindən yüklərin Avropaya çatdırılması üçün nəzərdə tutulan nəqliyyat marşrutlarında Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və bu marşrut hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan vaxt, qiymət və səmərəlilik baxımından daha üstündür.

Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin bütün müasir tələblərə cavab verməsi və lazımi logistik şəraitin yaradılması da yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verir. Eləcə də Azərbaycan tərəfinin həmin marşrut üzərində yerləşən bir sıra dövlətlərlə uğurlu danışıqlar aparması da gələcəkdə Avropa ölkələrinə bu dəhlizdən istifadəyə marağını artıra biləcəkdir. Avstriyanın da Avropanın mərkəzində yerləşən mühüm nəqliyyat qovşağı olmasını nəzərə alaraq, qeyd edib ki, Avstriyanın da Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi layihələrində iştirakı təqdirəlayiq hal olardı.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin Baş katibi Andreas Rayxardt görüşdə bildirib ki, rəsmi Vyana Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır. Vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərliyi ilə oktyabr ayında böyük nümayəndə heyətinin Azərbaycana səfəri və onların dövlət başçısı İlham Əliyev tərəfindən səmimi qəbulu bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. O, Avropa-Çin arasında yük dövriyyəsinin yaxın gələcəkdə getdikcə artmaqda olduğunu və ekoloji səbəblərə görə yük daşımalarında dəmir yolunun çəkisinin yüksələcəyini nəzərə alaraq, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıyacağını vurğulayıb.

Görüşdə hər iki ölkənin dəmir yolu qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, gələcəkdə bu əməkdaşlığın konkret layihələrə çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Cavid Qurbanov fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüşüb

Cavid Qurbanov gənc kadrları işlə təmin edib

Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

Cavid Qurbanov: Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir

Cavid Qurbanov Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru ilə görüşüb

Cavid Qurbanov DYƏT Baş Direktorlar Konfransının iclasında iştirak edir

Cavid Qurbanov Qəzvin-Rəşt dəmir yolu xəttinin açılışına qatılmaq üçün İrana gedib

Cavid Qurbanov: Azərbaycan dəmir yolları daha da inkişaf edəcək

Cavid Qurbanov: Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq

Cavid Qurbanov Moskvada medalla təltif olunub

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb (FOTO)

Lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır - Cavid Qurbanov

Cavid Qurbanovla bağlı yayılan məlumatlar rəsmən təkzib edilib

Cavid Qurbanov səsvermədə iştirak edib (FOTO)

Cavid Qurbanov: Orta Asiya ölkələri BTQ dəmir yolu layihəsinə böyük maraq göstərir

Cavid Qurbanov: BTQ region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək

Cavid Qurbanov: “Dəmir yolunda müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb”

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66