Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:44 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyov və MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov imza atıb.

SalamNews xəbər verir ki, bu münasibətlə MŞ-də keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın şikayətləri araşdırma təcrübəsi, həyata keçirdiyi tematik tədbirlər barədə məlumat verən MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov MŞ-nin beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşdirilməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, eyni zamanda faydalı nəticələr verəcək.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. O, habelə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb və bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur.

Görüşdə həm Mətbuat Şurasının, həm də Rusiya Jurnalistlər İttifaqının jurnalist hüquqlarının qorunması, onların təhlükəsizliklərinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri müxtəlif fəaliyyət növlərinin oxşar və fərqli cəhətləri müzakirə edilib.

Qeyd edək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, hər iki ölkənin, eləcə də digər maraqlı ölkələrdən olan tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Ağdamsız 27 il" anım tədbiri keçirilib

"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

İdlibdə mülki şəxslərin qruplaşmaların bölgəsindən çıxamsı üçün 3 koridor nəzərdə tutulub

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

AMŞ sədri Fuad Abbasovun həbsinə münasibət bildirib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib

Tillerson Trampı "intizamsız" və "oxumağı sevməyən" insan adlandırıb

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

Husilər Səudiyyənin ABŞ istehsallı bir Abrams tankını vurublar (FOTO)

“Samsung” şirkəti 6 kameralı smartfonunu təqdim edəcək

Türkiyənin Səfirliyinin mətbuat müşaviri AMŞ-də olub

“Samsung” yeni 5G modem təqdim edib

“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib (FOTO,VİDEO)

AMŞ yazı müsabiqəsi elan edib

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

Jurnalistin söyülməsi biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir - AMŞ sədri

"Reket jurnalistika" ilə bağlı 104 yekun rəy qəbul edilib - AMŞ sədri

27 Sentyabr 2020, 23:24 (GMT +4)
BMT Baş katibi Azərbaycan və Ermənistanı döyüşləri dərhal dayandırmağa çağırıb

27 Sentyabr 2020, 21:27 (GMT +4)
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir

27 Sentyabr 2020, 21:11 (GMT +4)
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)

27 Sentyabr 2020, 19:51 (GMT +4)
Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

27 Sentyabr 2020, 19:40 (GMT +4)
Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub - Baş Prokurorluq

27 Sentyabr 2020, 19:24 (GMT +4)
Paşinyan Putinə zəng edib

27 Sentyabr 2020, 19:15 (GMT +4)
Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

27 Sentyabr 2020, 19:12 (GMT +4)
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

27 Sentyabr 2020, 19:10 (GMT +4)
Azərbaycan BMT-yə müracət edəcək

27 Sentyabr 2020, 19:02 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşməndən geri alacaq

27 Sentyabr 2020, 18:53 (GMT +4)
MN: Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib

27 Sentyabr 2020, 18:52 (GMT +4)
Hərbi vəziyyətin tətbiq edildiyi rayonların adları açıqlanıb

27 Sentyabr 2020, 18:50 (GMT +4)
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020, 18:45 (GMT +4)
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

27 Sentyabr 2020, 18:35 (GMT +4)
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27 Sentyabr 2020, 18:17 (GMT +4)
Müdafiə Nazirliyinin saytında yaranmış problemin səbəbi açıqlanıb

27 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın bəzi şəhər və rayonlarda hərbi vəziyyət tətbiq edilib

27 Sentyabr 2020, 17:54 (GMT +4)
İran Ermənistan və Azərbaycanı atəşkəsə çağırıb

27 Sentyabr 2020, 17:51 (GMT +4)
"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

27 Sentyabr 2020, 17:35 (GMT +4)
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanın təcavüzkar addımlarını müzakirə edib

27 Sentyabr 2020, 17:24 (GMT +4)
Türkiyə Azərbaycanın addımlarını tam dəstəkləyir - Hulusi Akar

27 Sentyabr 2020, 17:18 (GMT +4)
BQXK münaqişə tərəflərinə müraciət edib

27 Sentyabr 2020, 16:53 (GMT +4)
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27 Sentyabr 2020, 16:50 (GMT +4)
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

27 Sentyabr 2020, 16:20 (GMT +4)
ATƏT atəşkəs rejiminə qayıtmağa çağırıb

27 Sentyabr 2020, 16:19 (GMT +4)
Zakir Həsənov Ermənistanın təxribatının detallarını açıqlayıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:08 (GMT +4)
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı keçirilib

27 Sentyabr 2020, 16:00 (GMT +4)
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27 Sentyabr 2020, 15:47 (GMT +4)
Ərdoğan: "Türk milləti Azərbaycanın yanındadır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66