Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

20 Noyabr 2018, 17:18 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews. UNEC ilə “Absheron Hotel Group” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd UNEC rektoru, professor Ədalət Muradov və “Absheron Hotel Group”un direktoru Georg Kobos tərəfindən imzalanmışdır.

SalamNews xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Bildirilib ki, UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Rektor turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını bildirib.

“Absheron Hotel Group” direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən G.Kobos, hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib. O, həmçinin bildirib ki, dünyanın dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitet tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq.

Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat nümayiş etdilib.

Memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirməkdir.

Əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.

Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübənin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə UNEC-in tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqdır. Həmçinin, UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaqdır. O cümlədən, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək.

Bundan əlavə, UNEC-də təşkil edilən beynəlxalq konfranslara xarici ölkələrdən dəvət olunan nümayəndələrin qonaqlanması da şirkət tərəfindən təmin olunacaq.

UNEC-in Zaqatala filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti əməkdaşlıq görüşünü video bağlantı ilə canlı izləyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC onlayn idarəetməyə keçib

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Fuad Muradov UNEC-də olub (FOTO)

UNEC Yunanıstanda ilk Məzun Günü keçirib

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşulacaq

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib

UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də Startap günləri keçiriləcək

27 May 2020, 18:03 (GMT +4)
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq

27 May 2020, 17:33 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

27 May 2020, 17:01 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin ərazisində “Bazarstore” açılıb

27 May 2020, 16:55 (GMT +4)
Tramp Twitter-i saxtakarlıqda ittihamlandırıb və sosial şəbəkələri bağlamaqla hədələyib

27 May 2020, 16:25 (GMT +4)
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

27 May 2020, 16:17 (GMT +4)
ABŞ Əfqanıstandakı qüvvələrinin sayını 8,600-ə endirib

27 May 2020, 16:06 (GMT +4)
Azərbaycan 19 iranlı məhkumu öz ölkəsinə təhvil verib

27 May 2020, 15:24 (GMT +4)
Husilərin raket zərbəsində Səudiyyənin dəstəklədiyi hökumət ordusunun baş qərargah rəisi yaralanıb

27 May 2020, 15:03 (GMT +4)
DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

27 May 2020, 14:45 (GMT +4)
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

27 May 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 56 nəfər ölüb

27 May 2020, 14:10 (GMT +4)
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

27 May 2020, 14:00 (GMT +4)
Bakıda evdə 84 yaşlı kişinin meyiti tapılıb

27 May 2020, 13:20 (GMT +4)
İsrail Livanın quru və hava məkanını pozub

27 May 2020, 13:07 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

27 May 2020, 12:36 (GMT +4)
Bakıda avtomobil divara çırpılıb (FOTO)

27 May 2020, 12:31 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ və kürd qüvvələrinə hücum edilib, yaralananlar var - KİV

27 May 2020, 12:21 (GMT +4)
Lənkəranda zəlzələ olub

27 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

27 May 2020, 11:56 (GMT +4)
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

27 May 2020, 11:26 (GMT +4)
Hizbullah lideri «böyük müharibədən və qarşı tərəfin sonu»ndan danışıb

27 May 2020, 11:06 (GMT +4)
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər

27 May 2020, 11:00 (GMT +4)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

27 May 2020, 10:27 (GMT +4)
İranda seçkilərdən sonra 11-ci parlament işinə start verib

27 May 2020, 10:22 (GMT +4)
Fransa Prezidenti İlham Əliyevə məktub göndərib

27 May 2020, 09:54 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın daha 900 üzvünü sərbəst buraxıb (VİDEO)

27 May 2020, 08:44 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın ikinci neft tankeri də Venesuelaya çatıb (FOTO)

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66