Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

SalamNews Geologiya və Geofizika İnstitutu tərəfindən təltif edilib (FOTO)

22 Noyabr 2018, 17:30 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Bu gün AMEA Geologiya ve Geofizika İnstitutunda ölkənin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.

Əsas məqsəd Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyini, eləcə də qurumun elmi fəaliyyətini müntəzəm olaraq işıqlandırdığına görə bir sıra mətbuat orqanlarının fəxri fərmanlarla təltif edilməsi idi.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bu qurumun tarixi və əsas elmi istiqamətlərindən söz açıb. Bildirib ki, fəaliyyət göstərdiyi 80 il ərzində institut bir sıra mühüm nailiyyətlər əldə edib, ölkə elminə əhəmiyyətli töhfələr verib.

Alim qeyd edib ki, institut uzun illər ərzində geoloji elmlərin inkişafında, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllində böyük rol oynayıb.

D.Hüseynov Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən “Azərbaycanın palçıq vulkanları Atlası”nın hazırlandığını, qurumun bir neçə aliminin fəxri fərmanlar, eləcə də müxtəlif dövlət mükafatları ilə təltif olunduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva dünyada elm və texnikanın inkişafı ilə elmi informasiyaya tələbatın daha da artdığını qeyd edərək, bu gün cəmiyyətin elmi mövzuları böyük maraqla izlədiyini bildirib.

Ü.Rzayeva elmin populyarlaşdırılması və təbliğinin yüksək səviyyədə həyata keçirilməsinin önəmliyini vurğulayaraq, bu sahədə mövcud problemlərə toxunub: “Elmin populyarlaşdırılmasında əsas məsələlərdən biri də ixtisaslaşmadır. Təcrübə göstərir ki, ixtisaslaşma və jurnalistika təhsili vəhdət təşkil etdikdə daha yüksək nəticələr əldə olunur”.

Rəis müavini çıxışının sonunda Geologiya və Geofizika İnstitutunun elmi nailiyyətlərinin təbliğində fəal iştirak edən, geologiya elminin müxtəlif istiqamətlərinin populyarlaşdırılması sahəsinə öz töhfələrini verən həmkarlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə institutun Petrologiya şöbəsinin müdiri, akademik Arif İsmayılzadə, Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli və digərləri çıxış edərək Geologiya və Geofizika İnstitutunun KİV ilə hər zaman sıx əməkdaşlıq etdiyini, qurumun fəaliyyətinin mətbuat orqanlarında geniş şəkildə işıqlandırıldığını qeyd ediblər.

Daha sonra AMEA-nın science.gov.az portalı, “Elm” qəzeti və ElmTv İnternet televiziyası, Azərtac, SalamNews, "Azərbaycan" qəzeti, ATV, daxil olmaqla 20 mətbuat orqanının nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Sonda çıxış edən mətbuat təmsilçiləri Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə KİV nümayəndələrinə göstərdikləri dəstək və diqqətə görə təşəkkür edib, bu elm ocağı ilə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

Geologiya və Geofizika İnstitutu yeni kataloq hazırlayıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

Geologiya və Geofizika İnstitutunun alimlərinin tədqiqatları beynəlxalq miqyasda yüksək qiymətləndirilib

Geologiya və Geofizika İnstitutunun alimləri əsərlərini Dövlət Mükafatına təqdim edirlər

AMEA Geologiya və Geofizika İnstitutunda “Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun yubileyi keçiriləcək

Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunan konfrans keçiriləcək

Geologiya və Geofizika İnstitutunun professoru “İlin alimi” media mükafatına layiq görülüb

Geologiya Muzeyinin fondundakı nümunələrin yalnız 6 mini nümayiş olunur - muzeyin direktoru (MÜSAHİBƏ)

Geologiya və Geofizika İnstitutunda Avropa Komisiyasının elmi seminarı keçirilib

Bakıda "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı konfrans keçiriləcək

“Azərbaycan Geologiya elmi Çexiya Respublikasında” adlı sərgi olacaq

22 Oktyabr 2020, 19:40 (GMT +4)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir

22 Oktyabr 2020, 19:22 (GMT +4)
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66