Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək23 Noyabr 2018, 12:58 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.
SalamNews xəbər verir ki, qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin bölgə üzrə şöbəsinə müraciət edə bilərlər.
|