Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb

27 Noyabr 2018, 16:54 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews. Mavrikinin paytaxtı Port Luisda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, noyabrın 26-dan dekabrın 1-dək davam edəcək toplantıda 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycanın “Çövkən- ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair 5 illik hesabat qəbul edilib.

Hesabatda Çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməsi nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb. Sənəddə vurğulanıb ki, müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlardan zorla qovulan azərbaycanlılar çövkən oyununu yaşatmağa çalışırlar və bu istiqamətdə dövlət icmaları dəstəkləyir.

İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.

Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT nizamnaməsinin və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkədə çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etəməməyə çağırıb.

İclas zamanı həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.

Sessiyada Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə ölkənin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov və Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti iştirak edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNESCO-nun baş qərargahında BDU-nun 100 illiyi təntənə ilə qeyd olunub

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO-da “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib

Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşünə qatılıb

Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

İsrail UNESCO-nun Fələstinlə bağlı qərarına cavab verib – “Nə bacarırsız edin”

Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Azərbaycanın Birinci vitse-prezidenti Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb

Əbulfəs Qarayev UNESCO-nun baş direktoru ilə görüşüb

Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

Azərbaycan prezidenti UNESCO-nun xoşməramlı səfirinə “Dostluq” ordenini təqdim edib

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub

Odre Azule YUNESCO-nun baş direktoru təyin edilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

17 İyul 2019, 14:48 (GMT +4)
Türkiyənin şərqində PKK minasına düşən iki uşaq həyatını itirib 

17 İyul 2019, 14:42 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

17 İyul 2019, 14:33 (GMT +4)
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

17 İyul 2019, 14:22 (GMT +4)
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17 İyul 2019, 14:14 (GMT +4)
Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib 

17 İyul 2019, 14:09 (GMT +4)
AQTA bağçalarda monitorinqlərə başlayıb

17 İyul 2019, 14:07 (GMT +4)
İran, Azərbaycan, Türkiyə və Rusiyanın Tehranda dördtərəfli toplantısı işinə başlayıb (FOTO)

17 İyul 2019, 14:04 (GMT +4)
Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12