Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

General-polkovnik Ramil Usubov Serbiyada səfərdə olub

28 Noyabr 2018, 16:46 (GMT +4)

Bakı, 28 noyabr, SalamNewsAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikası Baş nazirinin müavini-daxili işlər naziri Neboyşa Stefanoviçin dəvəti ilə bu ölkədə ikigünlük səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, noyabrın 27-də daxili işlər naziri R.Usubov və onu müşayiət edən şəxslər Belqradda ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılmış abidəninin önünə əklil qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Həmin gün Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Serbiya Prezidenti cari ilin mayında respublikamıza ilk rəsmi səfərini, ölkəmizdə ən yüksək səviyyədə aparılan danışıqları və imzalanmış sənədləri məmnunluqla xatırladıb. Dövlət başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verdiyini, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını diqqətə çatdırıb. Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyevin liderliyi ilə respublikamızın son illər böyük uğurlara imza atdığını deyən Serbiya Prezidenti Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət yürütdüyünü, dünyada nüfuzunun artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Sonra Serbiya Respublikası Baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviç general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirən serbiyalı nazir dövlətlərimizin başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq, son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, qarşılıqlı əlaqələrin milli maraqlara cavab verdiyini vurğulayıb.

Neboyşa Stefanoviç bənzər münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedə olduğunu, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını, bu səfərin də əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ramil Usubov ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu məmnunluqla diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ikitərəfli münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verdiyini, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış sənədlər sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan general-polkovnik Ramil Usubov 2010-cu il mayın 13-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in bu baxımdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında əhəmiyyətli rolunu xatırladıb.

Nazir ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri işlər barədə məlumat verib. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib.

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Sonda daxili işlər nazirləri “Serbiya Respublikasının Kriminalistika və Polis Araşdırmaları Akademiyası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Daha sonra nazirlər mətbuat üçün qısa bəyanatlarla çıxış ediblər.

Həmin gün Serbiya Respublikası Milli Assambleyasının sədri Maya Qoykoviç general-polkovnik R.Usubov və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Səfərin sonunda daxili işlər naziri R.Usubov və onu müşayiət edən şəxslər Xüsusi Antiterror Qrupunun yerləşdiyi əraziyə gələrək, qurumun fəaliyyəti, əməkdaşların təlim-məşq prosesi və texniki təminatı ilə yaxından tanış olublar.

Qəbul və görüşlərdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov da iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb

Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib

Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib

Ramil Usubov Özbəkistanda səfərdə olub

Nazir Ramil Usubov monteneqrolu həmkarını qəbul edib

Ramil Usubov Göyçayda vətəndaşlarla görüşüb

Ramil Usubov Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib

Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb

Prezident Ramil Usubovu “Şöhrət” ordeni ilə təltif edib

Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Ramil Usubov Sumqayıtda sakinləri qəbul edib

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Ramil Usubov Gürcüstanın daxili işlər nazirini qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Ramil Usubov Qubada vətəndaşları qəbul edib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66