Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim olunub

01 Dekabr 2018, 13:20 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Ədliyyə Nazirliyində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçilərinə təltiflərin təqdim olunması mərasimi keçirilib.

Mərasim peşə bayramını ədliyyə işçilərinə bəxş etmiş ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsini, ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri vurğulayıb, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, bu münasibətlə “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib, bayram ərəfəsində ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı xüsusi kitab, müxtəlif dillərdə digər nəşrlər və maarifləndirici vəsaitlər hazırlanıb, nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər keçirilib. Bakıda bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin, beynəlxalq təşkilatların və ölkəmizin aidiyyəti dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə yubileyə həsr olunmuş “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans və qəbul təşkil olunub.

Prezident İlham Əliyevin yubiley münasibətilə ədliyyə işçilərinə və hakimlərə təbrik müraciəti, məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə böyük bir qrup ədliyyə işçisi və hakimləri orden və medallara, fəxri adlara, ali xüsusi rütbələrə layiq bilməsi peşə bayramını və yubileyi xüsusilə əlamətdar edib, yüksək ehtiram və minnətdarlıq hissləri doğurmaqla, hər bir ədliyyə işçisini daha əzmlə çalışmağa səfərbər edib.

Tədbirdə ölkə Prezidentinin sərəncamları ilə orden və medallar, fəxri adlarla təltif edilmiş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən həmin təltiflər təntənəli təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalına, habelə digər təltiflərə layiq görülən əməkdaşlara həmin mükafatlar təqdim edilib.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, onlara göstərilən bu böyük etimadı bundan sonra da doğruldacaqlarını, sədaqət və əzmlə çalışaraq demokratik hüquqi dövlət quruculuğu prosesində əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qarabağ regional ədliyyə idarəsi təsis olunub

Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanın Baş prokuroru xarici ölkələrin Baş prokurorlarına və Ədliyyə nazirlərinə müraciət ünvanlayıb

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

Reuters: ABŞ Ədliyyə Nazirliyi Trampın keçmiş müşaviri ilə bağlı vəziyyəti araşdıracaq

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb (VİDEO)

Türkiyənin ədliyyə naziri Ayasofyanı məscidə çevirməyin tərəfdarıdır

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

ABŞ Ədliyyə Nazirliyi FTB-nin keçmiş rəhbər müavini Endryu Makkeybə qarşı iddianı bağlayıb

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilib

Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

“Qala Sığorta” və “Qala Həyat” şirkəti Ədliyyə işçiləri üçün kampaniya keçirir

Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür

Yaponiyanın ədliyyə naziri qalmaqala görə istefa verib

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

19 Aprel 2021, 18:02 (GMT +4)
Ağdamın İsmayılbəyli kəndinin görüntüləri yayılıb (VİDEO)

19 Aprel 2021, 17:59 (GMT +4)
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanılıb

19 Aprel 2021, 17:55 (GMT +4)
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60 mln manat qaytarılıb

19 Aprel 2021, 17:46 (GMT +4)
Aqil Məmmədov: Vaksinasiya prosesində iştirak etməklə yalnız özümüzü deyil, daha geniş insan kütləsini müdafiə edə bilərik

19 Aprel 2021, 17:40 (GMT +4)
Bakı Limanının yük dövriyyəsi 17 %-ə yaxın artıb

19 Aprel 2021, 17:38 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri rüşvətə görə həbs edilib

19 Aprel 2021, 17:30 (GMT +4)
Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

19 Aprel 2021, 17:20 (GMT +4)
Dövlət Vergi Xidməti IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak edib

19 Aprel 2021, 17:12 (GMT +4)
İran-Azərbaycan sərhədində silahlı insident olub, sərhəd pozucusu yaralanıb

19 Aprel 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19 Aprel 2021, 16:53 (GMT +4)
Saatlıda yas mərasimi təşkilatçısı cərimələnib

19 Aprel 2021, 16:44 (GMT +4)
Makron: "Sputnik V"dən istifadə AB-də peyvəndlənməni sürətləndirməyəcək

19 Aprel 2021, 16:43 (GMT +4)
İran və Almaniya nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildiriblər

19 Aprel 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

19 Aprel 2021, 16:25 (GMT +4)
Peskov: Kreml ABŞ-ın Navalnı ilə bağlı təhdidini "heç bir şəkildə qəbul etmir"

19 Aprel 2021, 16:20 (GMT +4)
"YAŞAT" Fondu şəhid anasının və qazinin əməliyyat xərclərini qarşılayıb

19 Aprel 2021, 16:09 (GMT +4)
Prokurorluq rüşvətə görə həbs edilən vəzifəli şəxlərlə bağlı məlumat yayıb

19 Aprel 2021, 15:58 (GMT +4)
Navalnı məhkumlar üçün xəstəxanaya köçürülüb

19 Aprel 2021, 15:53 (GMT +4)
Saatlıda qaydaları pozan 26 nəfər cərimələnib

19 Aprel 2021, 15:38 (GMT +4)
Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

19 Aprel 2021, 15:30 (GMT +4)
Ermənistanın İsrail səfirinə qarşı ittiham irəli sürülüb 

19 Aprel 2021, 15:26 (GMT +4)
Xaçmazda mağazadan oğurluq etmək istəyənlər saxlanılıb

19 Aprel 2021, 15:16 (GMT +4)
Hizbullah hərəkatının lideri Ayətullah Xameneiyə başsağlığı verib

19 Aprel 2021, 15:04 (GMT +4)
Təhlükəsizlik qaydalarını pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunub (VİDEO)

19 Aprel 2021, 14:58 (GMT +4)
Aİ ölkələri XİN rəhbərləri rusiyalı diplomatların Çex Respublikasından çıxarılması müzakirə edəcəklər

19 Aprel 2021, 14:52 (GMT +4)
Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox artıb

19 Aprel 2021, 14:52 (GMT +4)
Prezident azad edilmiş ərazilərin su ehtiyatları ilə bağlı sənəd imzalayıb

19 Aprel 2021, 14:40 (GMT +4)
Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib

19 Aprel 2021, 14:28 (GMT +4)
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

19 Aprel 2021, 14:18 (GMT +4)
Gürcüstanda daha 578 nəfər koronavirusa yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66