Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

01 Dekabr 2018, 13:45 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews“Microsoft” korporasiyası dekabrın 4-dən 7-dək Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcək.

SalamNews xəbər verir ki, korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi müxtəlif sahələrdəinnovasiya texnologiyalarını geniş insan kütləsinə təqdim etməkdir.

“Microsoft”un stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədris Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanda ilk dəfə yaradılmış “Əşyaların İnterneti” laboratoriyasının (IoT lab) təqdimatı keçiriləcək. Laboratoriya innovasiya sahəsində ölkədə gənc mütəxəssislərin kadr potensialını artıracaq. Yaradılacaq yeni laboratoriyada innovasiyaları tətbiq edərək istənilən şəxs öz bilik və bacarıqlarını realizə edə biləcək. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanmış “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə innovasiya sektorunun inkişafı, təşkilatların iqtisadi effektivliyini artırılması və təhsil sisteminin modifikasiyası daxildir.

Bundan başqa, stenddə “Microsoft” korporasiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığının nəticələri, həmçinin, Azərbaycanın dövlət təşkilatlarını lisenziyalı proqram təminatı ilə təmin etmək məqsədilə Nazirlik və “Microsoft” arasında bu yay imzalanmış saziş çərçivəsində cari fəaliyyəti əks olunacaq. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini "Microsoft" proqram təminatı lisenziyaları ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq nəzərdə tutulub. Sənəd 3-iilik müddəti əhatə edir və “Microsoft”un Azərbaycanın dövlət strukturları ilə sıx əlaqəni nəzərdə tutur.
Proqram təminatının əldə olunmasından başqa sazişə ölkədə müdafiə olunmuş mühitin yaradılması, qeyri-neft sektorunun inkişafı, yeni sektor və seqmentlərin yaradılması, innovasiya yönümlü elektron xidmətlərin yaradılması, sözügedən xidmətlərinin genişləndirilməsi və s. daxildir. Bütün bunlar ölkənin beynəlxalq reytinqlərində mövqeyini yaxşılaşdırmasına, ümumiyyətlə, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına imkan verəcək. İmzalanmış sənəd çərçivəsində tələbə və şagirdlər “Minecraft: Education Edition” oyunundan tam pulsuz şəkildə istifadə edə bilərlər.

Sərgi iştirakçıları “Microsoft”un stendində təhsil üçün innovasiya həllərinin geniş spektri ilə tanış ola biləcəklər. Burada Azərbaycanın müxtəlif universitetlərinin tələbələri – “Microsoft Imagine Cup” beynəlxalq texnologiya müsabiqəsinin iştirakşıları və qalibləri “Azure” bazasında hazırlanmış və ölkənin innovasiya potensialının artmasına yönələn öz startap layihələrini nümayiş etdirəcəklər.

“Microsoft”un stendində müasir texnologiyalarla iqtisadiyyatın müxtəlif sahələrini birləşdirən “HoloLens” əlavə reallıq eynəkləri də təqdim olunacaq. Bu eynək sayəsində, məsələn, insan anatomiyasını öyrənmək, ən əsası isə mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirmək mümkündür. Stendin ziyarətçilərinə “Microsoft HoloLens”in unikal texnologiyaları və yerli həkimlər tərəfindən hazırlanmış metodika sayəsində dünya praktikasında ilk dəfə Azərbaycanda lokal klinikada rekonstruktiv əməliyyatın keçirilməsi barədə ətraflı məlumat veriləcək.

«“Bakutel 2018” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin, sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.“Microsoft”un “Bakutel 2018”sərgisində əsas hədəfi – geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Biz Azərbaycanın dövlət və kommersiya təşkilatlarınını nümayəndələrini, tələbə və müəllimləri, istedadlı gəncləri həm son istehlakçılara, həm də həmkarlara öz nailiyyətlərini nümayiş etdirməyə, yeni işgüzar əlaqələr yaratmağa, İKT sahəsinin aparıcı mütəxəssislərinin fikirlərini öyrənməyə və “Microsoft”un fəaliyyəti ilə tanış olmağa imkan yaradan sərgini ziyarət etməyə çağırırıq. Sözsüz ki, “Bakutel” sərgisi Azərbaycan və bütün Cənubi Qafqazda informasiya və yüksək texnologiyalar sahəsini inkişaf etdirən katalizatorlardan biridir», - deyə “Microsoft Azərbaycan”şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinin qalibləri müəyyənləşib

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

16 Noyabr 2019, 16:55 (GMT +4)
İspaniyada güclü qar yağıb

16 Noyabr 2019, 16:51 (GMT +4)
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib

16 Noyabr 2019, 16:42 (GMT +4)
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

16 Noyabr 2019, 16:37 (GMT +4)
Əl-Bağdadinin 25 qohumu Türkiyədə saxlanılıb

16 Noyabr 2019, 16:30 (GMT +4)
Səudiyyə Ərəbistanın vəliəhdi husilərin nümayəndə heyətilə görüşəcək - Anadolu

16 Noyabr 2019, 16:19 (GMT +4)
Pompeo Makronun NATO-nun "beyin ölümü" ilə bağlı açıqlamasını  şərh edib

16 Noyabr 2019, 16:18 (GMT +4)
Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

16 Noyabr 2019, 15:54 (GMT +4)
İraqda cümə namazını hədəfə alan terror aktının qarşısı alınıb

16 Noyabr 2019, 15:53 (GMT +4)
“Azərsun” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib

16 Noyabr 2019, 15:52 (GMT +4)
ETSN Sumqayıtda kəskin iy-qoxu ilə bağlı araşdırma aparır

16 Noyabr 2019, 15:46 (GMT +4)
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkib

16 Noyabr 2019, 15:43 (GMT +4)
Ankara ABŞ-ın təhdidlərinə baxmayaraq S-400-dən istifadə edəcəyini açıqlayıb

16 Noyabr 2019, 15:20 (GMT +4)
Almaniyada İŞİD terrorçusu saxlanılıb

16 Noyabr 2019, 15:10 (GMT +4)
Lahıcda 228 il yaşı olan Bədöyün məscidi təmir ediləcək

16 Noyabr 2019, 14:49 (GMT +4)
ABŞ hərbçiləri Rusiya istehsalı "T-80" tankını sınaqdan keçirib

16 Noyabr 2019, 14:48 (GMT +4)
Suriyanın əl-Bab şəhərində şiddətli partlayış törədilib, azı 13 ölü var (VİDEO)

16 Noyabr 2019, 14:37 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edib

16 Noyabr 2019, 14:11 (GMT +4)
Serbiya prezidenti ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirilib

16 Noyabr 2019, 14:07 (GMT +4)
DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

16 Noyabr 2019, 14:04 (GMT +4)
İranda benzinin bahalaşmasına görə etiraz aksiyaları keçirilib

16 Noyabr 2019, 13:53 (GMT +4)
Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

16 Noyabr 2019, 13:39 (GMT +4)
Bill Geyts Bloomberg-in milyonerlər siyahısına rəhbərlik edir 

16 Noyabr 2019, 13:24 (GMT +4)
Tramp "impiçment" qaydalarını "millət üçün utanc" adlandırıb

16 Noyabr 2019, 13:16 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarının təhvilini təxirə salıb

16 Noyabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

16 Noyabr 2019, 13:07 (GMT +4)
Nazirlik: Bəzi açıq meşə sahələri uzunmüddətli icarəyə verilib

16 Noyabr 2019, 12:58 (GMT +4)
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

16 Noyabr 2019, 12:32 (GMT +4)
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66