Azər Türk Bankda səhmdarların ümumi yığıncağı keçirilib03 Dekabr 2018, 16:11 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Dekabrın 3-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Bu barədə SalamNews-a Bankın Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.
Qəbul edilən qərara əsasən, “Azər-Türk Bank”ın Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti uzadılıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.
|