Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

05 Dekabr 2018, 15:23 (GMT +4)

Bakı, 5 dekabr, SalamNews, K.Orxan. Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, Innovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında “Bakutel 2018” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və sərginin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Iteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov imzalayıblar. Memoranduma əsasən, tərəflər arasında “KOB Dəstək” programı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İmzalanma mərasimindən sonra çıxış edən Orxan Məmmədov Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirilən tədbirlər haqqında danışıb və qeyd edib ki, bu dövr ərzində bir sıra rayonlarda KOB dostları fəaliyyətə başlayıb, startap, mikro və kiçik bizneslərin inkişafı üçün Vergilər Məcəlləsinə dəyişiklər ilə bağlı təklif hazırlanıb, hansı ki, bu günlərdə Milli Məclisdə qəbul olunub.

KOBİA-nın rəhbəri Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkədə sahibkarların maraqlarının qorunması və onların müraciətlərinə operativ baxılması məqsədlə yaradılan “Sahibkarlara Dəstək Sistemi”nə də toxunub və bildirib ki, yeni sistem çərçivəsində hazırlanmış elektron portal onlayn rejimdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və onların çevik həlli funksiyasını yerinə yetirəcək. Bu yenilik sahibkarın öz müraciətinə baxılma prosesini izlməsinə, vaxt itkisinin qarşısının alınmasına və müraciətlərə daha operativ və şəffaf rejimdə baxılmasını təmin edəcək: “Biz Memorandumun imzalanmasını alqışlayırıq. Beynəlxalq sərgilərdə iştirak kiçik və orta biznesi təmsil edən şirkətlərə yeni perspektivli işgüzar əlaqələr qurmaqda kömək edəcək. Şübhəsiz ki, sərgi onlar üçün daha yüksək səviyyəyə qalxmaq, biznes mühitdə möhkəmləşmək imkanı yaradır. Memorandumu imzalayaraq biz öz tərəfimizdən bu işə öz töhfəmizi veririk”.

 Öz növbəsində “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib: "Təşkilatlarımızın arasında imzalanan uzunmüddətli memorandum əməkdaşlıq üçün çox yaxşı əsasdır. Bu, sərgilərin inkişafına impuls verəcək, kiçik və orta biznesi təqdim edən şirkətlərin sayını artıracaq". Daha sonra Orxan Məmmədov və Fərid Məmmədov KOBİA, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi, “Azercell” və “Bakcell” şirkətləri ilə birgə icra olunan “KOB Dəstək” proqramı çərçivəsində “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərilmiş startap, mikro və kiçik müəssisələrin stendlərini ziyarət edib, təklif olunan xidmətlərlə tanış olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

KOBİA-nın nizamnamə fondu iki dəfədən çox artırılıb

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

KOBİA ilə “Deloitte” şirkəti əməkdaşlığı genişləndirir

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

ARPA sədri Günay Şahbazova KOBİA tərəfindən təltif edilib

KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

Sahibkarlar və fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

KOBİA iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

KOBİA onlayn maarifləndirmə tədbiri keçirəcək

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66