Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

06 Dekabr 2018, 15:46 (GMT +4)

Bakı, 6 dekabr, SalamNewsMənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 05.09.2018-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb.

SalamNews bu barədə MİDA-ya istinadən xəbər verir.

Güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlmişdir. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olub);

2 otaqlı mənzil üçün 42 896 manat (endirimdən əvvəl bu məbləğ 47 661 manat olub);

3 otaqlı mənzil üçün 59 405 manat (endirimdən əvvəl bu məbləğ 66 006 manat olub) ödəniş edib.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq edilib. Həmin şəxslərdən 39%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:

1 otaqlı mənzil üçün aylıq ödəniş 88 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136manat aylıq ödəniş qeyd olunub);

2 otaqlı mənzil üçün aylıq ödəniş 135 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 203-236manat aylıq ödəniş qeyd olunub);

3 otaqlı mənzil üçün aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 282-288manat aylıq ödəniş qeyd olunub) başlayır.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir. Yaxın vaxtlarda mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

Vətəndaşlar tərəfindən rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır (12-si 1 otaqlı, 28-i 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.

İmtinanın səbəbləri:

Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 15 nəfər;

Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 21 nəfər;

“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən güzəştli ipoteka krediti verilmədiyinə görə – 6 nəfər;

Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

Ailə vəziyyətinə görə – 2 nəfər.

Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66