Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Tarix İnstitutu illik hesabatını təqdim edib

07 Dekabr 2018, 15:00 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında institutun 2018-ci ildəki nəşrlərinin və Milli Məclisin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

Tarix İnstitutundan SalamNews-a verilən məlumata görə, iclasda institutun 2018-ci ildə gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədləri gətirilib. Bu günlərdə Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq mərkəzi açılıb”.

İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib. İnstitut əməkdaşları Moskva, Roma, Paris və Berlində Cümhuriyyətə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Yaqub Mahmudov qeyd edib ki, Prezidentin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Bu il Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans təşkil etmişik”.

İclasda bildirilib ki, 2018-ci ildə Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub.

Qeyd edək ki, bu il “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (ingiliscə), “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” (ingilis və rus dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (gürcü dilində), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (türkcə), “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (erməni və fars dillərində) və digər kitablar nəşr olunub.

İclasda Cavanşir Feyziyev bildirib ki, türk sivilizasiyası ən qədim zamanlardan müasir dövrümüzədək dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər və planetin siyasi coğrafiyasını dəyişməyə qadir fatehlər yetişdirib.

Tədbirdə Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Tarix İnstitutunun şöbə müdirləri Kərim Şükürov və Şahin Fazil çıxış ediblər.

C.Feyziyevin “Türk dünyası” 5 kitabdan ibarətdir: “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri”.

I kitabda türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir.

II kitabda türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur.

III kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri haqqında söz açılır.

IV kitabda türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar yer alır.

V kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.

C.Feyziyev kitabında türkçülüyün təhrifi barədə bunları yazır: “İmperializm ideoloqları xüsusi forma və yön verdikləri pantürkizm, panturanizm və panislamizm cərəyanlarını dünyaya elə təqdim edirdilər ki, guya onların tərəfdarları ekstremist millətçilər və fanatik islamçılardır, əsas məqsədləri isə dünyaya ağalıq edəcək monarxik Türk İmperiyası (Turan) və İslam Xilafəti qurmaqdır. Onlar türkçülük kimi gerçək pozitiv ideyanı pantürkizm, panturanizm, panislamizm kimi təhlükəli anlayışlar şəklində təqdim etmək üçün gizli xəfiyyə strukturlarından tutmuş elmi araşdırma institutlarına qədər müxtəlif vasitələrdən istifadə etmişlər. 1930-1940-cı illərdə Sovet İttifaqında yaşayan bir çox görkəmli alim-türkoloqlar – professor Bəkir Çobanzadə (1937), professor Yevgeniy Dmitriyeviç Polivanov (1938), SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Nikolayeviç Samoyloviç (1938) və başqaları güllələnmişlər”.

“Türk dünyası” Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılovdur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

Tarix İnstitutu: Dərbənddə Nizami parkı baxımsız vəziyyətdədir

Tarix İnstitutu Rusiyanın “Voprosı istorii” jurnalı ilə əməkdaşlıq edəcək

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

Baş Nazir Tarix İnstitutunun direktoruna zəng edib

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru olub

Tarix İnstitutu soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib

Tarix İnstitutu Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” kitabı təqdim olunub

Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyi elmi konfransla qeyd olunub

Tarix İnstitutunda Azərbaycan-Norveç əlaqələri araşdırılır

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edilib

Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb

Tarix İnstitutunda yeni kitablar çap olunub

Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Tarix İnstitutunda Zəngəzur tarixi ilə bağlı dissertasiya müdafiə olunub

14 Oktyabr 2019, 13:25 (GMT +4)
İbrahim Kalın: Hədəflərimizə çatana qədər dayanmaq yoxdur

14 Oktyabr 2019, 13:18 (GMT +4)
Nazir: Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil

14 Oktyabr 2019, 13:10 (GMT +4)
“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

14 Oktyabr 2019, 13:04 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14 Oktyabr 2019, 13:01 (GMT +4)
Əməyin Mühafizəsi Fondunun nə vaxt fəaliyyətə başlayacağı açıqlanıb

14 Oktyabr 2019, 12:58 (GMT +4)
Sabah Bakıda 26 dərəcə isti gözlənilir

14 Oktyabr 2019, 12:54 (GMT +4)
İsrail ordusu Fələstin Şərqi Qüds qubernatorunu həbs edib

14 Oktyabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Ərbəin-ə 5 gün qalıb - Mənəvi yürüşə start verilib (VİDEO)

14 Oktyabr 2019, 12:33 (GMT +4)
Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar

14 Oktyabr 2019, 12:25 (GMT +4)
ABŞ hərbi qüvvələri Suriya silahlı qüvvələrinin Mənbicə irəliləməsinə mane olur

14 Oktyabr 2019, 12:24 (GMT +4)
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

14 Oktyabr 2019, 12:11 (GMT +4)
İran parlamentində Xəzər suyunun ölkənin mərkəzi yaylalarına axıdılması layihəsi etirazla qarşılanıb

14 Oktyabr 2019, 12:07 (GMT +4)
Leyla Məmmədova: Yeni brend yaratmışıq

14 Oktyabr 2019, 11:52 (GMT +4)
Macarıstan millisinin baş məşqçisi: Azərbaycan ilə oyunda bəxtimiz gətirdi

14 Oktyabr 2019, 11:48 (GMT +4)
"Barış pınarı" əməliyyatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib

14 Oktyabr 2019, 11:38 (GMT +4)
Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

14 Oktyabr 2019, 11:29 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO)

14 Oktyabr 2019, 11:27 (GMT +4)
İran vurulan neft gəmisinin və ona dəyən maddi xəsarətlərin görüntülərini yayımlayıb (FOTO)

14 Oktyabr 2019, 11:22 (GMT +4)
Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb

14 Oktyabr 2019, 11:11 (GMT +4)
Baş prokurorun birinci müavini vətəndaşları qəbul edəcək

14 Oktyabr 2019, 11:04 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu qurbanlarının sayı 44 nəfərə çatıb

14 Oktyabr 2019, 10:55 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda Suriya Ordusu kürdlərin nəzarətindəki bir neçə bölgəyə daxil olub (FOTO)

14 Oktyabr 2019, 10:52 (GMT +4)
Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

14 Oktyabr 2019, 10:31 (GMT +4)
Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

14 Oktyabr 2019, 10:23 (GMT +4)
Tramp Türkiyə sərhədləri yaxınlığında döyüşlərdə iştirak etməməyi müdrik qərar adlandırıb

14 Oktyabr 2019, 10:22 (GMT +4)
Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

14 Oktyabr 2019, 10:19 (GMT +4)
Tunisin yeni prezidentinin kimliyi məlum olub

14 Oktyabr 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

14 Oktyabr 2019, 09:47 (GMT +4)
ABŞ Ayn əl-Ərəbdəki müşahidə postunu təxliyə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66