Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tovuzda içməli su problemi həllini tapmaq üzrədir

07 Dekabr 2018, 16:36 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq, Tovuz rayonunda icra olunan layihələr yekunlaşmaq üzrədir. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, bu layihələr Tovuz şəhərinin içməli su təminatının daha da yaxşılaşdırılması və su çatışmazlığı müşahidə olunan 5 kəndin içməli su probleminin həllini nəzərdə tutur.

Dövlət başçısının 30 mart 2018-ci il tarixli sərəncamına əsasən, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni su mənbəyi yaradılır. Bu məqsədlə Zəyəmçayın yatağında 1 774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir. Qurğudan saniyədə 100 litr suyun götürülməsi nəzərdə tutulur. Hazırda çay yatağında qazıntı və drenaj sistemlərinin qurulması işləri davam etdirilir. Zəyəmçayın mənbəyində sugötürücü qurğunun gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Buradan götürüləcək suyun Tovuz şəhərinə özüaxımlı rejimdə nəqli məqsədilə 530 mm diametrli polad borularla 26 km uzunluğunda magistral su kəməri çəkilib. Sugötürücü qurğuda işlər yekunlaşdıqdan sonra magistral kəmərlə Tovuz şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da yay aylarında şəhərin və ətraf kəndlərin içməli su təminatında indiyə qədər yaranan problemlər bir daha müşahidə olunmayacaq.

Yeri gəlmişkən, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Tovuz şəhəri ilə yanaşı, Gədəbəy, Lerik, Şamaxı şəhərlərində də alternativ su mənbələrinin yaradılması işləri davam etdirilir.

Tovuz rayonunda icra olunan digər layihə çərçivəsində isə içməli sudan ciddi əziyyət çəkən Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində yeni su təchizatı infrastrukturları yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bu kəndlər üzrə layihələr hazırlanıb və cari ilin yayında tikinti-quraşdırma işlərinə başlanılıb. Kəndləri içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr 2 anbar yenidən qurulub, anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Qısa müddətdə kəndlərdə 40 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 175 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsində əhatə edir. Bu layihələrin icrası nəticəsində kəndlərdə 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Yasamalda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

20 İyul 2019, 13:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 İyul 2019, 13:50 (GMT +4)
Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12