Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Türkmənistan gəmisi ASCO-nun gəmi təmiri zavodunda əsaslı təmir olunub

13 Dekabr 2018, 12:13 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews. Türkmənistana məxsus “CM.Rahil” təchizat-yedək gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. İşlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Zavodda gəminin baş və köməkçi mühərriklərinin soyuducuları, hava boruları, dayanacaq mühərriklərinin generatorları, köməkçi sükan qurğusunun elektrik mühərriki təmir edilib, xilasedici qayığın kran-balkasının sınaq işləri yerinə yetirilib.

Bundan başqa, gəminin burun hissəsində yerləşən braşpil qurğusu əsaslı təmir olunub, yedək bucurqadının hidravlik boru sistemləri dəyişdirilib. T1016 tipli yanğından mühafizə siqnalizasiya sistemi tüstü və istilik detektorları ilə birlikdə yoxlanılıb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi heyət və Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, “CM.Rahil” təchizat-yedək gəmisinin uzunluğu 59,25, eni 14,95 metrdir. Üzən vasitə CAT3516B tipli iki ədəd baş mühərriklə təchiz olunub.

Qeyd edək ki, ASCO regionda güclü gəmi təmiri bazasına malikdir. Şirkətin tərkibində “Bibiheybət” Gəmi Təmiri Zavodu və Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu fəaliyyət göstərir. Bu zavodlarda mütəmadi olaraq yerli gəmilərlə yanaşı, xarici ölkələrə məxsus gəmilərin yüksək keyfiyyətlə təmiri həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASCO-da “Bonus Siyasəti” ilə bağlı tədbir keçirilib

ASCO bu il dəniz və quruda formalaşmış 42 min tona yaxın çirkab məişət-təsərrüfat suyunu kənarlaşdırıb

ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

ASCO-da Avstraliya və Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

“ASCO-Dənizçi” Moskvada mini-futbol turnirində ikinci yeri tutub

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman klubuna yeni qayıqlar alınıb (FOTO)

ASCO-nun gəmiləri “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisi üzrə işlərini başa çatdırıblar

ASCO-nun xarici sularda üzən “Şair Vaqif” gəmisi əsaslı təmir edilib

ASCO küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da ABŞ rəsmiləri ilə görüş keçirilib

“Satti” üzən qazma qurğusu ASCO-nun gəmiləri vasitəsilə Azərbaycana yedəklənib

ASCO “TransCaspian 2019” sərgisində təmsil olunur

ASCO 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

ASCO iki açıq müsabiqə elan edib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da sıravi heyətin işə qəbulu ilə əlaqədar müsahibə mərhələsi keçirilib

ASCO “TransRussia-2019” sərgisində Azərbaycana məxsus milli pavilyonda təmsil olunur

ASCO-nun “Şüvəlan” təchizat-yedək gəmisi təmir olunub

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

14 Noyabr 2019, 14:19 (GMT +4)
Boliviyada kütləvi etiraz aksiyaları qurbanlarının sayı artır

14 Noyabr 2019, 14:16 (GMT +4)
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib

14 Noyabr 2019, 14:04 (GMT +4)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

14 Noyabr 2019, 13:50 (GMT +4)
Tusk Rusiyanı AB-nin "strateji problemi" adlandırıb

14 Noyabr 2019, 13:42 (GMT +4)
İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

14 Noyabr 2019, 13:38 (GMT +4)
Vilayət Eyvazov Fransa səfirini qəbul edib

14 Noyabr 2019, 13:18 (GMT +4)
İsveçdə 30 il gizlənən "cəllad" həbs edilib

14 Noyabr 2019, 13:10 (GMT +4)
Türkiyədə sursat anbarında baş verən partlayışlarda 16 hərbçi yaralanıb

14 Noyabr 2019, 13:04 (GMT +4)
Azərbaycanın Energetika naziri Qazaxıstana səfər edəcək

14 Noyabr 2019, 13:00 (GMT +4)
KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

14 Noyabr 2019, 12:41 (GMT +4)
Ərdoğan Trampın məktubunu ona qaytarıb

14 Noyabr 2019, 12:30 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

14 Noyabr 2019, 12:23 (GMT +4)
İranın cənub şərqində avtoqəza nəticəsində 28 nəfər həyatını itirib

14 Noyabr 2019, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

14 Noyabr 2019, 12:03 (GMT +4)
Quaydonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyini işğal ediblər

14 Noyabr 2019, 11:55 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

14 Noyabr 2019, 11:42 (GMT +4)
ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66