Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb

14 Dekabr 2018, 15:37 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews. Yerlərdə uşaq musiqi məktəblərin, mədəniyyət evləri və klub müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, muzeylərin ekspozisiyalarının zənginləşdirilməsi, tarixi irsin qorunması, qədim arxeoloji abidələrin tədqiq edilməsi... Bu və digər məsələlər mədəniyyət naziri Əbülfəs Qarayevin dekabrın 14-də Hacıqabul rayonunda vətəndaşlarla görüşündə səslənib.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Nazirlikdən SalamNews-a bildirilib ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər tərəfindən Uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri Uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qəbuldan sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğulayıb: “Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra maraqlı təkliflər, müraciətlər oldu. Kitabxana şəbəkəsinin daha da təkmilləşdirilməsi, informasiya mərkəzlərinə çevrilməsi, tarixi abidələrin təmir-bərpa olunması, qorunması, arxeoloji işlərin aparılması kimi məsələlər istiqamətində işlər görülür. Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, musiqi məktəblərində dərslərin daha da səmərəli təşkili, klubların səhnə geyimləri və avadanlıqlarla təmin olunması kimi məsələlər haqqında müraciətlər edildi. Bu cür görüşlər ölkəmizin mədəniyyət sahəsinin inkişafında qarşıya çıxan yeni-yeni məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mədəniyyət naziri Gəncədə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə səfərdədir

Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub

Mədəniyyət naziri  Şamaxı və Qobustan sakinlərini qəbul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Cenevrədə səfərdədir

Mədəniyyət naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Böyük Britaniyanın dövlət katibi ilə görüşüb

Mədəniyyət naziri Xızıda vətəndaşlarla görüşüb

Mədəniyyət nazirinə yeni köməkçi təyin olunub

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşüb

Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb

Mədəniyyət naziri Özbəksitanda keçiriləcək muğam sənəti forumunda iştirak edəcək

Mədəniyyət naziri Jerar Kardonla görüşüb

Mədəniyyət nazirinə yeni müşavirlər təyin olunub

QMİ sədri İranın mədəniyyət naziri ilə görüşüb

Mədəniyyət nazirinə iki müavin təyin edilib

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib

15 Fevral 2020, 18:27 (GMT +4)
Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

15 Fevral 2020, 17:57 (GMT +4)
Hərbi qulluqçumuz şəhid olub

15 Fevral 2020, 17:00 (GMT +4)
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

15 Fevral 2020, 16:53 (GMT +4)
Səudiyyənin Yəmənin əl-Couf əyalətinə aviazərbələrində ölənlərin sayı 41-ə çatıb

15 Fevral 2020, 16:53 (GMT +4)
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

15 Fevral 2020, 16:46 (GMT +4)
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

15 Fevral 2020, 16:37 (GMT +4)
Trampın məsləhətçisi koronavirusun ABŞ iqtisadiyyatına təsirindən danışıb

15 Fevral 2020, 16:27 (GMT +4)
Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

15 Fevral 2020, 16:15 (GMT +4)
Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

15 Fevral 2020, 16:06 (GMT +4)
MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

15 Fevral 2020, 15:47 (GMT +4)
İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

15 Fevral 2020, 15:40 (GMT +4)
Fransa səfiri: Azərbaycan beynəlxalq idman arenasında mühüm rol oynayır

15 Fevral 2020, 15:35 (GMT +4)
Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

15 Fevral 2020, 15:22 (GMT +4)
İsmayıllı sakinlərindən silah götürülüb

15 Fevral 2020, 15:13 (GMT +4)
ABŞ AB-dən idxal edilən təyyarələrə rüsumları artırır

15 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ bazasına hücumla bağlı Vaşinqtonun özünün etiraf etməsini istəyirik - Sepah

15 Fevral 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasının tələbələri təcrübəyə göndərilirlər

15 Fevral 2020, 14:52 (GMT +4)
Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

15 Fevral 2020, 14:46 (GMT +4)
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

15 Fevral 2020, 14:41 (GMT +4)
Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

15 Fevral 2020, 14:40 (GMT +4)
Azərsun yerli məhsullara dəstək məqsədilə möhtəşəm aksiyaya start verib

15 Fevral 2020, 14:40 (GMT +4)
Haitidə yanğında ölən uşaqların sayı artıb

15 Fevral 2020, 14:35 (GMT +4)
Azərbaycan Triatlon Federasiyası ön sıralarda qərarlaşıb

15 Fevral 2020, 14:29 (GMT +4)
Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:17 (GMT +4)
Maduro Quaydonun həbs ediləcəyinə söz verib  

15 Fevral 2020, 14:05 (GMT +4)
Əfqanıstan hökuməti ABŞ-la Talibanın sülh danışıqlarına ümidvar olduğunu bildirib

15 Fevral 2020, 13:52 (GMT +4)
Çinin hər yerindən 25 mindən çox həkim Hubeyə gəlib

15 Fevral 2020, 13:34 (GMT +4)
ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

15 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

15 Fevral 2020, 13:23 (GMT +4)
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66