Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

14 Dekabr 2018, 17:19 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews. Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 12-14 dekabr tarixində İtaliyanın Pyemonte regionunda tədqiqat səfərində olub. Səfərin mövzusu “İnteqrasiyalı idarəetmənin planlaşdırılması”dır.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəri Sənan Hacıyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbəri Mehman Şükürov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbəri Nazim Ağayev daxildir.

Səfər çərçivəsində 12 dekabr tarixində Turin Universitetində baş tutan ilk görüşdə İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə həmçinin Pyemonte regionunun muzeylər fondunun nümayəndələri də iştirak etmişdir. Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti, İtaliya tərəfi ilə yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

13 dekabr tarixində Pyemonte regionunun Asti şəhərində və Portakomaro qəsəbəsində yerli kommuna rəhbərliyi, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə, o cümlədən Asti Muzeylər Fondunun rəhbərliyi ilə görüşlər keçirilmiş və yerli icma, dövlət və özəl qurumların iştirakı ilə mədəni tədbirlərin planlaşdırılması və icrası təcrübəsi, yerli kitabxana, muzeylər, musiqi məktəbləri və digər fəaliyyətlərə dair qabaqcıl təcrübələri öyrənilmişdir.

14 dekabr tarixində isə Yunesko ümumdünya irs siyahısına salınmış Lange Roero Monferrato ərazisinə səfər edilmişdir. Səfər zamanı mədəni irsin idarəedilməsində yeni təcrübə olan - inteqrasiyalı yanaşma təcrübəsi öyrənilmişdir. Ərazi üzrə yerləşən bütün resursların - mədəni, ekoloji, landşaft, memarlıq aktivlərinin və resurslarının vahid bir plan əsasında planlaşdırılaraq idarə edilməsi təcrübəsi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP ilə Mədəniyyət Nazirliyi arasında sənəd imzalanıb

Mədəniyyət Nazirliyi 2019-cu il üçün müsabiqə elan edib

Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılıb

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sosial eksperiment keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

12 Dekabr 2019, 13:00 (GMT +4)
İƏT Gənclər Forumunun idarə Heyətinin iclası keçirilib

12 Dekabr 2019, 12:46 (GMT +4)
Erdem Çakar: Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub

12 Dekabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Dekabr 2019, 12:41 (GMT +4)
Tiflisdə parlament qarşısında baş verən qarşıdurmalar zamanı 12 nəfər saxlanılıb

12 Dekabr 2019, 12:24 (GMT +4)
Səudiyyə Yəmənə qida və dərman aparan 13 gəminin saxlanılmasını davam etdirir - Mənbə

12 Dekabr 2019, 12:22 (GMT +4)
Antisanitar şəraitdə toyuq emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTOLAR)

12 Dekabr 2019, 12:17 (GMT +4)
Həkimlər Braziliya prezidentinin xərçəngə yoluxmasından şübhələnir

12 Dekabr 2019, 11:52 (GMT +4)
Çili hava qüvvələrinə aid təyyarənin qalıqları tapılıb 

12 Dekabr 2019, 11:46 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

12 Dekabr 2019, 11:44 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66