Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib

19 Dekabr 2018, 10:09 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews“Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq. Hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri “sürət həddi 60” - deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir”.

SalamNews-un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir: “Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. “Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, -deyib özünə “haqq” qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır”.

V.Əsədov vurğulayıb ki, yollarda davranış mədəniyyəti həddindən artıq fərdi məsələdir: “Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydlara, yol polisinin tələblərinə əməl etməlidir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66