Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BP və KOBİA arasında anlaşma memorandumu imzalanıb

20 Dekabr 2018, 13:59 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews. Bu gün BP əməliyyatçısı olduğu Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından yerli bizneslərin inkişafına dəstək verilməsi istiqamətində əməkdaşlıq imkanlarını birgə araşdırmaq üçün Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə anlaşma memorandumu (AM) imzalayıb.

SalamNews xəbər verir ki, anlaşma memorandumu çərçivəsində bu iki tərəf birlikdə yerli biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcək.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün biz yerli biznes sektorunun böyüməsinə bundan sonra da yardım etmək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan verəcək bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birlikdə on ildən artıqdır ki, yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir. Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet qalmağa davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilkin illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün gerçəkləşdirilməsində çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmətlər göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq.”

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: “Kiçik və orta sahibkarlıq sektorunun inkişafını təşviq etmək və ona dəstək olmaq məqsədilə yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq KOBİA üçün prioritet sahələrdən biridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznes sektorunda fəaliyyət göstərən şirkətlər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəlik götürüb. Biz inanırıq ki, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatına töhfə verəcək.

BP sosial məsuliyyətə xüsusi diqqət ayıran bir şirkətdir və təbii ki, yerli biznes infrastrukturunun inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz kiçik və orta biznesin inkişafına dəstək verilməsini nəzərdə tutan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Biz əminik ki, bu, Azərbaycanda kiçik və orta biznes sektorunun inkişafı üzrə platformanı gücləndirəcək.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

KOBİA qadın sahibkarlığının inkişafının təşkilati modellərini dəstəkləyəcək

KOBİA kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönələn modellər hazırlayır

KOBİA Özəl İnvestisiya Fondu yaradacaq

KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

KOBİA ilə "Ziraat Bank Azərbaycan" arasında Protokol imzalanıb

KOBİA və KOSGEB arasında əməkdaşlıq genişlənir

KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

24 Avqust 2019, 12:39 (GMT +4)
Bu il Azərbaycanda 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

24 Avqust 2019, 12:14 (GMT +4)
Türkiyədə YAP adlı yeni siyasi partiya yaradılır

24 Avqust 2019, 12:05 (GMT +4)
İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24 Avqust 2019, 12:01 (GMT +4)
FHN: Şəkidə dağlıq zonada baş verən yanğın söndürülüb

24 Avqust 2019, 11:49 (GMT +4)
“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

24 Avqust 2019, 11:40 (GMT +4)
Tramp Çindən gələn mallara rüsumları sərtləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12