Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tovuzun 5 kəndinə su verilib

21 Dekabr 2018, 15:33 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Cəbhə bölgəsində yerləşən Tovuz rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb və kənd sakinlərinin keyfiyyətli suya çıxışı təmin edilib.

Bu barədə SalamNews-a “Azərsu” ASC-dən bildirilib.

Bu münasibətlə Tovuz rayonunun Xatınlı kəndində keçirilən açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Tovuz şəhəri üçün yeni su mənbəyinin yaradılması ilə yanaşı, kəndlərdə də su layihələri icra olunub. Sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq bu sahədə işlərin davam etdirildiyini vurğulayıb. Bildirib ki, 2017-ci ildə 170, 2018-ci ildə isə 41 kənddə içməli su layihələri icra olunub. Bu il icra edilən layihələr çərçivəsində kəndlərdə 300 km-dən artıq magistral və paylayıcı su xətləri çəkilib, 14subartezian quyusu qazılıb, əhalinin ümumi istifadəsi məqsədilə 1000-dən artıq bulaq quraşdırılıb.

Tovuz rayonunda həyata keçirilən layihələr rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Qaraxanlı və Əlimərdanlı kəndlərini əhatə edib. Su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 mövcud su anbarı yenidən qurularaq istismara verilib. Eyni zamanda anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Kəndlərdə müxtəlif diametrli borularla 42 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 184 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonunun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə 19 rayonunun 41 yaşayış məntəqəsində su layihələri icra edilib. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66