Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

21 Dekabr 2018, 20:01 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”)öz üzvləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib. Tədbir “TuranBank”ın dəstəyi ilə keçirilib.

Orxan Məmmədov dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə həyata keçirilən siyasət tədbirləri, ölkənin iqtisadiyyatının inkişafında kiçik və orta sahibkarlığın rolu, həmçinin Agentliyin Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş fəaliyyətinin prioritet istiqamətləri barədə çıxış edib.

Orxan Məmmədov ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması ilə ölkədə kiçik və orta biznes sektorunun inkişafında yeni mərhələnin açıldığını qeyd edbi. Agentliyin fəaliyyətinin, əsas etibarilə, mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, sahibkarlara bütün zəruri xidmətlərin peşəkarlıqla və onların tələblərinə uyğun rahat formada göstərilməsinin təmin edilməsinə, dəstəklərin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. İdarə Heyətinin sədri strateji fəaliyyət gündəliyinin həyata keçirilməsi zamanı mütərəqqi təcrübələrin nəzərdən keçirilməsinin əhəmiyyətinə toxunaraq“AmCham”ın bu baxımdan maraqlı tərəfdaş qismində çıxış etdiyini bildirib.

Öz növbəsində,“TuranBank”da Qadın Bankçılıq Mərkəzinin rəhbəri Könül Paşa bankın korporativ profili, həmçinin hazırda davam edən və planlaşdırılan layihələri barədə məlumat verib.

Daha sonra“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov PalatanınAzərbaycanın Biznes Mühitinin Təkmilləşdirilməsi üzrə Müşahidə və Tövsiyələri özündə əks etdirən“AmCham”Ağ Sənədinin 2018-ci il nəşrini təqdim edib. Eyni zamanda, o, hazırlıq prosesinə ən çox töhfə verən “AmCham” üzvlərini xüsusi təşəkkürnamələrlətəltif edib.Diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, “Amcham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham”ölkə iqtisadiyyatının hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA sədri AmCham-ın üzvləri ilə görüşüb

Nazir “AmCham”in nümayəndələri ilə görüşüb (FOTOLAR)

“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır

“Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib

Ekologiya və Təbii Sərvətlər naziri AmCham Azərbaycan üzvləri ilə görüşüb

ƏƏSMN-də “AmCham"ın nümayəndələri ilə görüş keçirilib

Vergilər naziri “AmCham”in nümayəndələri ilə görüşüb

AmCham Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

ABŞ-ın yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

“AmCham” etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycan Vəkillər Kollegiyasının sədri “AmCham”ın üzvləri ilə görüşüb

AmCham AZSIĞORTA-nın sədrini mükafatlandırıb

Təhsil naziri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

AmCham “Doing Business-2019” reytinqində Azərbaycanın əhəmiyyətli irəliləyişini alqışlayır

Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

“AmCham Azərbaycan”ın nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri başa çatıb

“AmCham Azərbaycan”ın nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66