Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Yaponiyanın Şika şəhəri Milli Olimpiya Komitəsi və AGF ilə əməkdaşlıq edəcək

22 Dekabr 2018, 15:35 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. Yaponiyanın İşikava prefekturasının Şika şəhərinin meri Masaru Koizuminin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Anlaşma Memorandumu imzalanıb.

Milli Olimpiya Komitəsindən (MOK) SalamNews-a bildiriblər ki, tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, şəhər Assambleyasının sədri Minami Masao, şəhərin Uzunmüddətli Təhsil-Tədris Diviziyasının konsulu Oie Hideaki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və digər rəsmilər iştirak ediblər.

Masaru Koizumi Azərbaycana səfərinin çox maraqlı və səmərəli keçdiyini qeyd edib. O, qarşıdan gələn “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinin davam etdiyini deyib. Gələcək yarışların təşviqi və ölkələr arasında idman sahəsində əlaqələrin genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçiriləcəyi bildirilib.

Çingiz Hüseynzadə 2020-ci ildə Tokioda Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçəcəyinə əminliyini bildirərək deyib: “Milli Olimpiya Komitəsi “Tokio-2020” Olimpiya Oyunlarına hazırlaşır. İdmançılarımızın “Rio-2016” Yay Olimpiya Oyunları kimi, bu Oyunlarda da yüksək nəticələr qazanacağına inanıram”. MOK-un vitse-prezidenti belə əməkdaşlığın qurulmasının çox önəmli olduğunu deyib.

Sonra Şika şəhərinin promo çarxı təqdim olunub. Çarxda şəhərin mədəniyyəti, turizmi, adət-ənənələri əks etdirilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib: “Biz Olimpiya Oyunlarına həvəslə hazırlaşırıq. Düşünürük ki, Tokio Olimpiadasında nəticələrimiz yüksək olacaq”.

Sonra Milli Olimpiya Komitəsi və Şika şəhəri, həmçinin Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən MOK-a “Tokio-2020” Yay Olimpiya Oyunlarında güləş yarışında ilkin məşq düşərgəsinə namizəd olaraq Yaponiyanın İşikava əyalətinin Şika şəhərinə yüksək prioritet verilməsi, birgə layihələr həyata keçirməsi və digər məsələlər daxildir. Həmçinin Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında Anlaşma Memorandumuna əsasən təlim-məşq toplanışları, fikir mübadiləsi, müxtəlif yarışlar və seminarların keçirilməsi nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AGF yeniyetmə güləşçilərin nümayəndəliklər üzrə təsnifat yarışlarını keçirir

AGF son 9 ildə idmançılarımızın əldə etdiyi nailiyyətləri açıqlayıb

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini AGF-nun tədbirində iştirak edib

AGF Kuboku oyunlarının ikinci günündə gənc yunan-romaçılar mübarizə aparırlar

Bakıda AGF Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək

AGF və BAOƏK arasında anlaşma memorandumu imzalanıb (FOTO)

AGF əməkdar məşqçi Ayət Rüstəmzadəni təltif edib

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

13 Avqust 2020, 13:46 (GMT +4)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13 Avqust 2020, 13:28 (GMT +4)
Türkiyə təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görməkdə qərarlıdır - XİN

13 Avqust 2020, 13:28 (GMT +4)
İraqda İŞİD-in sığınacaqlarına şiddətli hava zərbələri endirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66