Hacı Ramin İgidov yenidən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçilib24 Dekabr 2018, 15:10 (GMT +4) Bakı, 24 dekabr, SalamNews. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov səsvermə yolu ilə yenidən həmin İdarənin şeyxi seçilib.
Gürcüstan Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, səsvermədə bölgələri təmsil edən Ali Dini Şuranın üzvləri iştirak ediblər.
Seçki 19 dekabr 2018-ci il tarixində səsçoxluğu qazanaraq namizədlikləri irəli sürülmüş üç ruhani arasında keçirildi.
2013-cü ilin dekabr ayından Gürcüstan Müsəlmanları İdarəsinin şeyxlik məsuliyyətini icra edən Ramin Rəşid oğlu İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. O Azərbaycanda Dini təhsilini bitirdikdən sonra 2000-ci ildən Tbilisidə dini təlim və təbliğ işləri ilə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən "İmam Əli" adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan "İman" qəzetinin və bir çox nəşrlərin redaktoru olub. R.İgidov bir neçə kitab müəllifi və tərcüməçisidir. Ailəlidir, iki övladı var.
O, nizamnaməyə əsasən 5 il müddətində bu məsuliyyətdə olacaqdır.
Qeyd edək ki, yaxın günlərdə Gürcüstanın Şərq üzrə müftisi də seçki yolu ilə müəyyənləşəcəkdir.
|