Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA Müşahidə Şurasının ilk iclası keçirilib

24 Dekabr 2018, 17:37 (GMT +4)

Bakı, 24 dekabr, SalamNewsİqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

İclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılmış KOBİA strukturları və dəstək mexanizmləri vasitəsilə sahibkarlara təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə və digər xidmətləri operativ, şəffaf və nəzakətlilik prinsipləri əsasında təqdim edəcək.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov indiyədək görülmüş işlər barədə hesabatla çıxış edib. Vurğulanıb ki, agentlik dövlət başçısının tapşırıqlarının icrası istiqamətində tədbirlər həyata keçirib, bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 "KOB Dostu" fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da "KOB Dostu" fəaliyyətə başlayacaq. Hazırda ilk "KOB evi"nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, "KOB evləri"ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək "e-KOB evi" portalının yaradılması ilə bağlı işlər davam etdirilir. Bundan başqa, sahibkarların müraciətlərinə baxılması və onların çevik həlli ilə bağlı online platforma olan "Sahibkarlara Dəstək Sistemi" yaradılıb və "Bakutel 2018" sərgisində təqdim olunub. ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin analoji qurumları ilə təcrübə mübadiləsi məqsədilə həmin ölkələrə təlim səfərləri təşkil edilib, dövlət orqanları, ali təhsil müəssisələri, yerli və xarici təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalanıb, agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması üçün QHT-lər və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şura, gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün Könüllülər Şurası yaradılıb.

Agentliyin idarə heyəti sədrinin müavini Elçin İbrahimov və Aparat rəhbəri Şamil Süleymanlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə təqdimatlarla çıxış ediblər.

İclasda agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi mexanizmi müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA Özəl İnvestisiya Fondu yaradacaq

KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

KOBİA ilə "Ziraat Bank Azərbaycan" arasında Protokol imzalanıb

KOBİA və KOSGEB arasında əməkdaşlıq genişlənir

KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında əməkdaşlıq genişlənir

KOBİA və “Caspian European Club” birgə biznes-forum keçirib

KOBİA sahibkarlar üçün seminar keçirəcək

KOBİA və Caspian European Club biznes-forum keçirəcək

KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib

KOBİA Asiya İnkişaf Bankı ilə müzakirələr aparıb

KOBİA sahibkarlar üçün növbəti onlayn təlim keçirəcək

KOBİA-da Strateji Yol Xəritələri ilə bağlı iclaslar keçirilib

KOBİA yanında İctimai Şuranın iclası keçirilib

KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib

“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək

KOBİA Koordinasiya Qrupunun tərkibində dəyişiklik edilib

KOBİA-nın sədri  “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

BP və KOBİA arasında anlaşma memorandumu imzalanıb

15 İyun 2019, 16:17 (GMT +4)
Birinci vitse-prezident məzun gecəsinin iştirakçılarına müraciət ünvanlayıb

15 İyun 2019, 15:58 (GMT +4)
AGEM iştirakçıları İranın nüvə razılaşmasını dəstəklədiklərini təsdiq ediblər

15 İyun 2019, 15:57 (GMT +4)
İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqlənib

15 İyun 2019, 15:56 (GMT +4)
ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

15 İyun 2019, 15:45 (GMT +4)
Gəncədə oğurluq edən şəxslər saxlanılıb

15 İyun 2019, 15:31 (GMT +4)
İran və Türkiyə prezidentləri arasında ikitərəfli görüş keçirilib

15 İyun 2019, 15:30 (GMT +4)
ADDA-da dövlət imtahanları keçirilir

15 İyun 2019, 15:21 (GMT +4)
Müdafiə naziri vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub

15 İyun 2019, 15:10 (GMT +4)
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

15 İyun 2019, 15:00 (GMT +4)
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

15 İyun 2019, 14:57 (GMT +4)
AGEM iştirakçıları Qüdsdə status-kvonun dəyişməsi ilə nəticələnəcək birtərəfli qərarlara qarşı çıxıb

15 İyun 2019, 14:46 (GMT +4)
Antalyada rus turistlərin olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var 

15 İyun 2019, 14:42 (GMT +4)
PA-nın şöbə müdiri: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub

15 İyun 2019, 14:31 (GMT +4)
Səudiyyəli nazir Suriyada separatçı qüvvələrlə görüşlər keçirib (FOTO)

15 İyun 2019, 14:22 (GMT +4)
Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

15 İyun 2019, 13:58 (GMT +4)
Alen Delon təcili olaraq xəstəxanaya yerləşdirilib

15 İyun 2019, 13:52 (GMT +4)
Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib

15 İyun 2019, 13:41 (GMT +4)
Bu günədək 451,62 ton yaş barama təhvil verilib

15 İyun 2019, 13:31 (GMT +4)
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib (FOTOLAR)

15 İyun 2019, 13:31 (GMT +4)
Sabah Bakıda 35, bölgələrdə 38 dərəcə isti gözlənilir

15 İyun 2019, 13:31 (GMT +4)
Tanınmış almaniyalı jurnalist İsrail qüvvələrinin atəşi nəticəsində yaralanıb (VİDEO)

15 İyun 2019, 13:24 (GMT +4)
Baş Nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

15 İyun 2019, 13:16 (GMT +4)
Bu ilin dörd ayı ərzində 249 əsər qeydiyyatdan keçirilib

15 İyun 2019, 13:03 (GMT +4)
Rəsmi Bakı: Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır

15 İyun 2019, 12:46 (GMT +4)
Türkiyə Qüdsdə status-kvonun dəyişdirilməsinə qarşıdır - Ərdoğan

15 İyun 2019, 12:45 (GMT +4)
“ASAN xidmət”də Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

15 İyun 2019, 12:37 (GMT +4)
Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

15 İyun 2019, 12:31 (GMT +4)
Son hücumdan sonra neft gəmilərinin sığorta qiyməti 10 faiz artıb

15 İyun 2019, 12:28 (GMT +4)
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

15 İyun 2019, 12:19 (GMT +4)
Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12