Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ədliyyə Nazirliyinin məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib

26 Dekabr 2018, 09:43 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən bəhs edib, bu ərəfədə dövlət başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Bununla bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüidarə səlahiyyətləri ilbəil genişləndirilir. Ölkə Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qarabağ regional ədliyyə idarəsi təsis olunub

Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanın Baş prokuroru xarici ölkələrin Baş prokurorlarına və Ədliyyə nazirlərinə müraciət ünvanlayıb

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

Reuters: ABŞ Ədliyyə Nazirliyi Trampın keçmiş müşaviri ilə bağlı vəziyyəti araşdıracaq

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb (VİDEO)

Türkiyənin ədliyyə naziri Ayasofyanı məscidə çevirməyin tərəfdarıdır

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

ABŞ Ədliyyə Nazirliyi FTB-nin keçmiş rəhbər müavini Endryu Makkeybə qarşı iddianı bağlayıb

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilib

Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

“Qala Sığorta” və “Qala Həyat” şirkəti Ədliyyə işçiləri üçün kampaniya keçirir

Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür

Yaponiyanın ədliyyə naziri qalmaqala görə istefa verib

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

15 Aprel 2021, 14:15 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri 3 min manat cərimələnib (VİDEO)

15 Aprel 2021, 14:03 (GMT +4)
İsrailin sabiq baş naziri İranı soyuqqanlı olmağa çağırıb

15 Aprel 2021, 13:54 (GMT +4)
Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

15 Aprel 2021, 13:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15 Aprel 2021, 13:36 (GMT +4)
Putin və Lukaşenko telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib

15 Aprel 2021, 13:25 (GMT +4)
İctimai yerlərdə 17 koronavirus xəstəsi saxlanılıb

15 Aprel 2021, 13:14 (GMT +4)
Çavuşoğlu: Türkiyə "Montrö" razılaşmasının şərtlərinə ciddi şəkildə əməl edir

15 Aprel 2021, 13:00 (GMT +4)
AAYDA: “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib (FOTO)

15 Aprel 2021, 12:53 (GMT +4)
"NYT" ABŞ-ın yeni sanksiyalarının Rusiyanın suveren borcuna təsir edəcəyini yazıb

15 Aprel 2021, 12:45 (GMT +4)
MN: Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir (VİDEO)

15 Aprel 2021, 12:15 (GMT +4)
Azərbaycanda 19 şəhər və rayonda reydlər keçirilib, sürücü və piyadalar cərimələnib

15 Aprel 2021, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb (VİDEO)

15 Aprel 2021, 11:58 (GMT +4)
İranın daxili işlər naziri və iki müavini koronavirusa yoluxublar

15 Aprel 2021, 11:44 (GMT +4)
Rusiyada yanğın zamanı dörd uşaq həyatını itirib

15 Aprel 2021, 11:30 (GMT +4)
Fərid Şəfiyev Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına münasibət bildirib

15 Aprel 2021, 11:26 (GMT +4)
ABŞ-dan sonra NATO da Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb

15 Aprel 2021, 11:15 (GMT +4)
“Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verib

15 Aprel 2021, 11:15 (GMT +4)
Bayden Putini önümüzdəki həftələrdə görüşməyə dəvət edib

15 Aprel 2021, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

15 Aprel 2021, 10:52 (GMT +4)
Ayətullah Xamenei nüvə sazişi danışıqlarının uzanması ilə bağlı xəbərdarlıq edib

15 Aprel 2021, 10:46 (GMT +4)
Ərdoğan: İstanbul Kanalı Türkiyənin müstəqilliyi və suverenliyini möhkəmləndirəcək

15 Aprel 2021, 10:45 (GMT +4)
ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

15 Aprel 2021, 10:30 (GMT +4)
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

15 Aprel 2021, 10:27 (GMT +4)
Ermənistan baş naziri Paşinyan istefa edəcəyi tarixi açıqlayıb

15 Aprel 2021, 10:15 (GMT +4)
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15 Aprel 2021, 10:00 (GMT +4)
MN Zəngilan rayonunun Ağ oyuq qəsəbəsindən videogörüntülər yayıb (VİDEO)

15 Aprel 2021, 09:52 (GMT +4)
Husilər Səudiyyənin neft və hərbi obyektlərini 11 PUA və ballistik raketlə hədəfə aldıqlarını bildiriblər

15 Aprel 2021, 09:46 (GMT +4)
Bloomberg: ABŞ on rusiyalı diplomatı ölkədən çıxaracaq

15 Aprel 2021, 09:45 (GMT +4)
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var

15 Aprel 2021, 09:25 (GMT +4)
Türkiyənin keçmiş baş naziri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66