Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika Nazirliyində kollegiya iclası keçirilib

26 Dekabr 2018, 13:10 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews. Energetika Nazirliyində nazir Pərviz Şahbazovun sədrliyi ilə 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. 

Bu barədə SalamNews-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ildə energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu sahədə aparılan əsaslı islahatlardan bəhs edib.

O, həmçinin Energetika Nazirliyinin il ərzində gördüyü işləri və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı son vəziyyəti diqqətə çatdırıb. Bildirilib ki, 2018-ci il mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə də elektroenergetika və bərpa olunan enerji sahəsində mühüm tədbirlərlə yadda qalıb. Energetika Nazirliyinin hazırda həyata keçirdiyi islahatyönümlü tədbirlər, layihələr və hazırlanan yeni qanunlar isə yaxın gələcəkdə energetika sektorunda, bərpa olunan enerji sahəsində köklü dəyişikliklərə imkan yaradacaq.

İclasda Energetika Nazirliyinin neft-qaz, elektronergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri, strateji yol xəritələri üzrə fəaliyyətinə və beynəlxalq əməkdaşlığa dair hesabatlar dinlənilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dair məsələlər müzakirə edilib.

Yekunda 2019-cu ildə görüləcək işlər, qarşıda duran vəzifələr nəzərdən keçirilib və müvafiq tapşırıqlar verilib.  


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat vaxt var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66