Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Meliorasiya və Su Təsərrüfatı" bu il görülən işlərin hesabatını açıqlayıb

26 Dekabr 2018, 14:13 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews, K.Orxan. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi 2018-ci ildə də müvafiq tədbirlər işlənib həyata keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov SalamNews-a bildirib ki, hesabat ilində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.
Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib.

Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib.
Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb,

2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.

2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğsunun və ondan sonrakı 4,95 km-lik hisəsinin açılış mərasimi keçirilib. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 ha torpaq sahəsinə suvarma suyu çatdırılıb.
Lerik rayonunda 1100 m uzunluğunda çirkab su kollektor xətti çəkilib və çirkab su təmizləmə qurğusunda mexaniki avadanlıqların quraşdırılması işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2018-ci il tarixində Lerik şəhərinin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak edib.
Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 ha yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 37 km paylayıcı kanalların tikintisi üzrə işlər yerinə yetirilib. Kanalda betonlama işlərinin başa çatdırılması ilə əlavə olaraq 13145 ha yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin olunub. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilib.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Goranboy, Şabran və Xaçmaz rayonlarının ərazisində yaradılan Aqroparklarda torpaq sahəsilərinə suvarma suyun verilməsi üçün nəqledici boru kəməri çəkilib, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülüb. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Türyançay və Ağçay çayları üzərində suqəbuledici və digər qurğuların tikintisi üzrə hazırlıq işlərinə başlanılıb.
Qax rayonunda yaradılan Aqroparka məxsus 888 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün müvafiq işlər görülüb. 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə «Ulu Aqro» MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin ümumən 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üçün müvafiq işlər yerinə yetirilib.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulan 300 ədəd quyusunda qazma işləri tamamlanıb.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu ildə də suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər işlənib həyata keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

05 Avqust 2020, 14:48 (GMT +4)
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:43 (GMT +4)
Livan hökuməti azərbaycanlı dənizçiləri təxliyə edib

05 Avqust 2020, 14:21 (GMT +4)
İranda son sutkada koronavirusdan 185 nəfərin ölümü qeydə alınıb

05 Avqust 2020, 14:20 (GMT +4)
Baş prokuror və hərbi prokurorun müavinlərinin sayı artırılıb

05 Avqust 2020, 14:15 (GMT +4)
Rusiya səfirliyi Beyrutdakı partlayışla bağlı vəziyyəti şərh edib

05 Avqust 2020, 13:51 (GMT +4)
“Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə etmək mümkündür

05 Avqust 2020, 13:29 (GMT +4)
Beyrutdakı partlayış anı toy kameralarına düşüb (VİDEO)

05 Avqust 2020, 13:21 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma hallarının sayı 866,5 mini keçib

05 Avqust 2020, 13:15 (GMT +4)
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66