Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Şirin Məlikova: 2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı

27 Dekabr 2018, 13:46 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Azərbaycan Xalça Muzeyi 2018-ci ili yola salır və son 12 aylıq fəaliyyətinin nəticələrini yekunlaşdırır. “Bəhs etməyə çox mövzumuz var, çünki bu il ərzində muzeyin fəaliyyəti yeni mərhələyə qədəm qoydu. İlk növbədə, ziyarətçi sayı daim artır. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, 2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı” – muzeyin direktoru Şirin Məlikova vurğulayır.

Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Belə ki, 2018-ci ildə Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan "Xətai”(Əjdahalı), "Naxçıvan" və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyimizə hədiyyə etdilər. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” xalçası satın alınaraq, bizim kolleksiyamızı zənginləşdirdi.

İstənilən muzeyin fəaliyyətindən biri sərgilərin təşkili və keçirilməsidir. Muzeyimiz tərəfindən həm ölkədaxili, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olundu. Bunlar sırasında muzey keçirilən sərgilər: Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s., eləcə də xarici sərgi layihələri: Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl”, Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var.

Bu il Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığını genişləndirdi. Muzeyimizin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak etdilər.

Azərbaycan Xalça Muzeyi yalnız sərgilər üçün nəzərdə tutulmuş məkanı deyil, həm də elmi müzakirələr üçün bir forumdur. 2018-ci ildə burada iki böyük beynəlxalq tədbir keçirildi. Onlardan biri Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı idi. Digəri isə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili–naxışlar”simpoziumu idi. Simpozium çərçivəsində elmi konfrans, ustad dərsləri, moda nümayişi, ənənəvi və müasir keçə məmulatlarından ibarət sərgilər, muzeyimizin kolleksiyasından tikmə haqqında kitabın təqdimatı keçirildi. Tədbirə 22 ölkədən 80-dən artıq iştirakçı qatıldı.

Əlbəttə ki, 2018-ci ildə muzey işinin müxtəlif sahələrində peşəkarlar üçün xarici mütəxəssislər tərəfindən ənənəvi şəkildə keçirilən treninqlər və arzu edən hər kəs üçün ödənişsiz mühazirələr davam etdirildi. Həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün könüllü proqramı və muzey təcrübəsi də uğurla keçirilir. Kiçik ziyarətçilər də unudulmadı: muzey onlar üçün yeni ekskursiya və ustad dərslərindən ibarət “Art şənbə” layihəsini hazırladı, həmçinin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanan kvestlər (komanda yarışları) təşkil etdi.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, əməyimiz yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizəd muzey arasında idi. O, burada “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olundu. Nəhayət, iki il ardıcıl olaraq, muzeyimiz dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülmüşdür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şirin Məlikova Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Şirin Məlikova: “2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib” 

Şirin Məlikova İCOM Azərbaycan Milli Komitəsinin sədri seçilib

21 Yanvar 2020, 10:54 (GMT +4)
Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

21 Yanvar 2020, 10:53 (GMT +4)
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

21 Yanvar 2020, 10:51 (GMT +4)
Çində sətəlcənim yeni növündən ölənlərin sayı 4-ə çatıb 

21 Yanvar 2020, 10:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Yanvar 2020, 10:27 (GMT +4)
Netanyahu Hizbullahı «terrorçu» kimi tanıdıqlarına görə Kolumbiya və Hondurasa təşəkkür edib

21 Yanvar 2020, 10:19 (GMT +4)
Putin Konstitusiyaya dəyişiklik qanun layihəsini Dövlət Dumasına təqdim edib

21 Yanvar 2020, 10:01 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

21 Yanvar 2020, 09:58 (GMT +4)
Rusiyada yaşayış binasında baş verən yanğında 11 nəfər ölüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21 Yanvar 2020, 09:53 (GMT +4)
Tunisdə yeni baş nazirə hökumətin təşkili barədə göstəriş verilib

21 Yanvar 2020, 09:42 (GMT +4)
Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

21 Yanvar 2020, 09:37 (GMT +4)
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşüb

21 Yanvar 2020, 09:24 (GMT +4)
Şahzadə Harri Britaniyanı tərk edib

21 Yanvar 2020, 09:09 (GMT +4)
Bağdadda ABŞ səfirliyi yaxınlığına 3 raket atılıb

21 Yanvar 2020, 09:02 (GMT +4)
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66