Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

27 Dekabr 2018, 17:53 (GMT +4)

Bakı, 27 dekabr, SalamNewsDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) deputat Qüdrət Həsənquliyevin ölkənin cənub bölgəsində qızların məktəbə getməməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müraciətinə münasibət bildirib.

Dövlət Komitəsindən SalamNews-a bildirilib ki, deputatın Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı açıq məktubda qeyd etdiyi məsələlərlə bağlı narahatlığını qəbul edirlər, bu cür mövqeyi təqdir edir və yüksək qiymətləndirirlər.

“Dövlət Komitəsi bu məsələni həmişə diqqət mərkəzində saxlayıb və fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İndiyədək Dövlət Komitəsi Qafqaz Müsalmanları İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də digər aidiyyəti qurumlar, habelə qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyətləri orqanları ilə birgə respublikanın müxtəlif bölgələrində, xüsusən Cənub zonasında mütəmadi maarifçilik tədbirləri həyata keçirib. İnsan hüquqları aylığı çərçivəsində, eləcə də İslamda ailə dəyərləri, qadın hüquqları, erkən nikah və digər mövzularda təşkil edilən çoxsaylı tədbirlərdə ölkəmizin uğurlu inkişafının, cəmiyyətin bütün sahələrində, o cümlədən idarəetmə, təhsil, səhiyyə, qanunvericilik, seçkili orqanlarda qadınlarımızın iştirakının gələcəkdə də təmin olunması üçün qızların təhsil almasının əhəmiyyəti xüsusi qeyd olunub. Belə maarifçilik tədbirləri təkcə rayon mərkəzlərində deyil, qəsəbə və kəndlərdə də təşkil edilib. Elə bir qəsəbə və ya kənd ola bilməz ki, ən azı məscid və ya məktəb səviyyəsində biz maarifləndirici tədbirlər və görüşlər keçirməyək.

Onu da qeyd etmək lazımdır ki, bütün cəmiyyəti narahat edən bu problemin aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, ailə sosiologiyası ilə məşğul olan mərkəzlər birgə səy göstərməlidirlər. Bu reallığı nəzərə alaraq, sözügedən sahədə apardığımız maarifçilik işlərini qarşıdakı illərdə də yüksək səviyyədə davam etdirmək üçün müvafiq tədbirlər planı hazırlamışıq və gələn ildən icrasına başlayacağıq”- deyə, məlumatda qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2020, 18:06 (GMT +4)
Müdafiə Nazirliyi Nəcməddin Sadıqov barədə yayılan informasiyalara aydınlıq gətirib

11 Avqust 2020, 18:00 (GMT +4)
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib

11 Avqust 2020, 17:30 (GMT +4)
Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

11 Avqust 2020, 17:16 (GMT +4)
İraqda bir sutkaya 3,396 nəfərin koronavirusa yoluxması qeydə alınıb

11 Avqust 2020, 17:15 (GMT +4)
Abşeronda gigiyena qaydalarını pozan bələdiyyə əməkdaşı cərimələnib

11 Avqust 2020, 17:01 (GMT +4)
Tovuzda qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb

11 Avqust 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub

11 Avqust 2020, 16:30 (GMT +4)
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanılıb

11 Avqust 2020, 16:15 (GMT +4)
Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

11 Avqust 2020, 16:13 (GMT +4)
Yunanıstan dəniz qüvvələrinin atəşi nəticəsində üç Türkiyə vətəndaşı yaralanıb

11 Avqust 2020, 16:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzulidə əkin sahələri və meyvə bağlarına baxış keçirib (FOTO)

11 Avqust 2020, 15:45 (GMT +4)
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

11 Avqust 2020, 15:30 (GMT +4)
Çindən gələn tibb ekspertləri Respublika Klinik Xəstəxanasında olub

11 Avqust 2020, 15:27 (GMT +4)
Yunanıstan Türkiyəyə görə Avropa Birliyini təcili toplantı keçirməyə çağırıb

11 Avqust 2020, 15:20 (GMT +4)
Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb

11 Avqust 2020, 15:07 (GMT +4)
Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

11 Avqust 2020, 15:00 (GMT +4)
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır

11 Avqust 2020, 14:46 (GMT +4)
DİM: 13-14 avqustda 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

11 Avqust 2020, 14:30 (GMT +4)
Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

11 Avqust 2020, 14:27 (GMT +4)
İranda son sutkada 184 nəfərin koronavirusdan ölümü qeydə alınıb

11 Avqust 2020, 14:15 (GMT +4)
Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

11 Avqust 2020, 14:01 (GMT +4)
Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

11 Avqust 2020, 13:50 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib (FOTOLAR)

11 Avqust 2020, 13:43 (GMT +4)
İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

11 Avqust 2020, 13:35 (GMT +4)
Dünyada ilk dəfə koronavirus vaksini Rusiyada qeydiyyatdan keçib

11 Avqust 2020, 13:35 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı və İFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Avqust 2020, 13:16 (GMT +4)
İran ölkə nazirliklərində beş cəsusun ələ keçdiyini bildirib

11 Avqust 2020, 13:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilir

11 Avqust 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 Avqust 2020, 12:40 (GMT +4)
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66