Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

28 Dekabr 2018, 17:41 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ili uğurla başa vurur.

Qurumdan SalamNews-a verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, bu il Cəmiyyətin daha 10 filialı üçün binalar tikilib. Həmin filiallardan Lənkərandakı xalça istehsalı emalatxanası dövlət başçısının iştirakı ilə artıq istifadəyə verilib. 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Bilsəvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binalarında son tamamlama işləri görülür. Həmin filialların hər birində 150 toxucu, 14 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək.

Ölkə rəhbərinin 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat vəsait ayrılıb. Bu emalatxana binasında artıq tikinti işlərinə başlanılıb.

2018-ci il ərzində “Azərxalça”nın fəaliyyət göstərən 11 filialında 1456 ədəd, 5049,23 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Tovuz rayonundakı xalça istehsalı emalatxanasıdır. Belə ki, 2018-ci ildə Tovuz filialında 685,14 kvadratrmetr xalça istehsal olunub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça fabriklərini xammalla təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu Fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə 2019-cu ilin may ayından etibarən yun və boyaq bitkiləri toplanılacaq.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. 2019-cu ildə də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni filialların yaradılması nəzərdə tutulub. Növbəti ilin sonuna qədər Cəmiyyətin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra “Azərxalça”nın emalatxanalarında 5000-dən çox insan çalışacaqdır.

Gələn il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2018-ci ildə artıq bu işin təməli qoyulub. Potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

01 Aprel 2020, 16:00 (GMT +4)
Dövlət Neft Fondu mart ayında satılan vəsaitin həcmini açıqlayıb

01 Aprel 2020, 15:50 (GMT +4)
Rumıniyada koronavirusa yoluxan 85 nəfər ölüb

01 Aprel 2020, 15:30 (GMT +4)
Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

01 Aprel 2020, 15:24 (GMT +4)
Əfqanıstanda partlayış nəticəsində 8 nəfər həyatını itirib

01 Aprel 2020, 15:10 (GMT +4)
Ermənistanda koronavirusdan ölənlərin cəsədlərin yarılması qadağan edilib

01 Aprel 2020, 15:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Aprel 2020, 14:43 (GMT +4)
Mart ayı ərzində 278 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

01 Aprel 2020, 14:35 (GMT +4)
BMT inkişaf etməkdə olan ölkələrin koronavirusdan bərpası üçün ehtiyac olan vəsaitin məbləğini açıqlayıb

01 Aprel 2020, 14:21 (GMT +4)
Koronavirus Azərbaycanda: son 24 saatda 61 yeni yoluxma olub

01 Aprel 2020, 14:14 (GMT +4)
AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

01 Aprel 2020, 14:11 (GMT +4)
İranda 47 min koronavirus xəstəsindən 15 mini sağalıb

01 Aprel 2020, 13:55 (GMT +4)
ABŞ-da koronavirusdan ölən xəstələrin sayı 4 mini ötüb

01 Aprel 2020, 13:50 (GMT +4)
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

01 Aprel 2020, 13:40 (GMT +4)
Bir ildə Azərbaycanda 660 uşaq övladlığa götürülüb

01 Aprel 2020, 13:20 (GMT +4)
Azərbaycanlı inanclı gənclər koronavirusla bağlı maraqlı təşəbbüs irəli sürüblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66