Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ramil Usubov türkiyəli həmkarı ilə görüşüb

28 Dekabr 2018, 16:35 (GMT +4)

Bakı, 28 dekabr, SalamNewsDaxili işlər naziri, general-polkovnik Ramil Usubov türkiyəli həmkarı Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazir dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə türkiyəli həmkarına təşəkkürünü bildirib, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Daha sonra nazir Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində respublikamızda hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, əmin-amanlığın bərpa edilməsi, əməliyyat şəraitinin nəzarətə götürülməsi barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazandığını nəzərə çatdıran nazir bütün bu işdə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin də xüsusi rolunu, xidmətini məmnuluqla xatırladıb, buna görə cənab Süleyman Soylunun şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkürünü bildirib.

Nazir, Süleyman Soylunun Azərbaycana ilk rəsmi səfərinin əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkədə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Qəbulda Türkiyənin ölkədəki səfiri Erkan Özoral iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66