Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ARDNF-in 2019-cu il büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib

29 Dekabr 2018, 10:39 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il büdcəsinin gəlir və xərcləri təsdiq olunub.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 28-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 milyard 450 milyon 149,7 min manat, xərcləri isə 11 milyard 595 milyon 238,4 min manat məbləğində təsdiq edilib.

Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 13 milyard 218 milyon 752,6 min manatı Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 1 milyard 442 milyon 495,1 min manatı Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 765 milyon 170 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar, 19 milyon 40 min manatı neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, 4 milyon 692 min manatı isə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlər hesabına formalaşacaq.

Fondun 2019-cu il büdcəsinin xərclərinin isə 11 milyard 364 milyon 300 min manatı Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertlərə (yuxarı hədd), 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 30 milyon 938,4 min manatı Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə yönəldilir.

Bundan başqa, “2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq olunub. Həmçinin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.

Belə ki, 2019-cu il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 67,4 milyard manata bərabər götürülür. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (“Standard & Poor`s”, “Fitch”) və ya “A2” (“Moody`s”) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi ingilis funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Fondun investisiya portfeli bu altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla); qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri.

Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq ARDNF müəyyən edir və bu müddət 48 aydan çox olmamalıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"PwC Azerbaijan" ARDNF-in maliyyə fəaliyyətinin auditini keçirəcək

ARDNF-in 20 illiyinə həsr edilmiş poçt markaları buraxılıb

ARDNF ötən ay 815,4 milyon dollar valyuta satıb

ARDNF neft-qaz layihələrindən 146 milyard dollardan çox gəlir əldə edib

ARDNF valyuta satışını 12% azaldıb

ARDNF Ümumdünya Qızıl Şurasının hesabatında Azərbaycanın yer almamasına aydınlıq gətirib

ARDNF bu ilin əvvəlindən aktivlərini 10%-dən çox artırıb

ARDNF investisiyaların əksər hissəsini Avropa ölkələrinə yatırıb

ARDNF-ın illik maliyyə hesabatlarının Prezidentə təqdim edilmə müddəti dəyişib

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib

ARDNF ötən ay valyuta hərraclarında 315,9 milyon dollar satıb

ARDNF ötən ay 352,4 milyon dollar valyuta satıb

ARDNF-də “Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi baş tutub

ARDNF ötən ay 423,7 milyon dollar valyuta satıb

ARDNF “Şahdəniz”dən əldə edilən gəliri açıqlayıb

ARDNF-nin vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçib

ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb

ARDNF açıqlama yayıb

ARDNF jurnalistlər üçün yazı müsabiqəsi elan edib

ARDNF bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66