Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib

16 Yanvar 2019, 18:20 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Yanvarın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə tanınmış təhsil ekspertləri vəaparıcı KİV nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.

SalamNews xəbər verir ki, akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunubildirib. O, Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 24 yanvar 2012-ci ildə yaradılan ali təhsil müəssisəsinə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə ilk tələbə qəbulunun 2014/2015-ci tədris ilində aparıldığını qeyd edib. O, Akademiyanın fəaliyyəti haqqında məlumat verərək burada tədris olunan fənnlər və ixtisaslar barədə söz açıb. Azərbaycanın gömrük orqanları üçün əməkdaşlar hazırlamaqmissiyasınınbu xüsusi təyinatlı müəssisənin əsas vəzifəsi olduğunu nəzərə çatdırıb. O, 2018-ci ildə Akademiyanı bitirmiş məzunların hazırda gömrük orqanlarında çalışdıqlarını vurğulayıb.

Qulu Novruzov qış imtahan sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığını deyib. Bununla yanaşı, Akademiya rəisi onu da qeyd edib ki, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərir. O, imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb.Tələbələr tərəfindən bildirilən irad və təkliflərin təhlil olunaraq müzakirə olunduğunu da vurğulayıb.
Dövlət Gömrük Komitəsinin qarşısına dövlətimiz tərəfindən qoyulan vəzifələrdən bəhs edən Akademiyanın rəisi iqtisadi təhlükəsizliyin təmin olunmasında Komitədə aparılan islahatlara toxunub. Həmçinin Qulu Novruzov Akademiyada aparılan islahatlar və yeniliklərdən də danışıb. O, Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlərin yeni formatda və məzmunda keçirildiyini də xatırladıb. Qulu Novruzov vurğulayıb ki, ilk təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 29 əməkdaş iştirak edib, hazırda isə 39 əməkdaş iştirak edir.

Akademiyanın prioritetlərindən söz açan Qulu Novruzov deyib ki, ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsidir. Bu baxımdan ali təhsil ocağının beynəlxalq əlaqələrinin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiya rəisi qeyd edib ki, Akademiyaya peşəkar müəllim və pedaqoji heyətin cəlb olunması istiqamətində də işlər aparılır, həmçinin xaricdə magistr və doktorantura təhsili alan şəxslərlə əməkdaşlıq etməkdə maraqlıdır.
Tələbələrin bilik, bacarıq və səviyyəsindən söz açan Akademiya rəisi onların həm akademik, həm şəxsiyyət, həm də yetkinlik, davranış baxımından müsbət keyfiyyətlərə malik olduqlarını deyib.DGKA-da “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrin orta bal göstəriciləri 530-620 arası, “Hüquqşünaslıq” ixtisası üzrə isə orta bal göstəriciləri 540-610 bal arasıdır. “Hazırda Akademiyada tələbələrin yalnız bilikli, bacarıqlı, peşəkar kadrlar kimi deyil, həmçinin vətənpərvər, geniş dünyagörüşünə və yüksək mənəviyyata sahib yetkin şəxsiyyət kimi formalaşmasını təmin edən mühit yaradılıb” – deyə Qulu Novruzov diqqətə çatdırıb.

Sonra Akademiyada imtahanların keçirilməsi mexanizmini ıks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdən sonra təhsil ekspertləri və KİV nümayəndələrinin iştirakı ilə imtahanlar izlənilib, təlimlərin dinləyicilərinin nəzəri və praktiki dərs prosesi ilə yaxından tanış olublar.
Sonda imtahanlarla və təlimlərlə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

20 Avqust 2019, 12:50 (GMT +4)
Honq Konqda bıçaqla silahlanmış şəxs insanlara hücum edib, xəsarət alanlar var

20 Avqust 2019, 12:34 (GMT +4)
"Neftçi" çempionatın ilk turunda qələbə qazana bilməyib

20 Avqust 2019, 12:20 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

20 Avqust 2019, 12:14 (GMT +4)
İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

20 Avqust 2019, 12:09 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 Avqust 2019, 12:00 (GMT +4)
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12