Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

19 Yanvar 2019, 11:32 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. İqtisadiyyat Nazirliyində Azərbaycan tarixinin qanlı, eyni zamanda, şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, qurumun aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar hadisələrindən danışaraq, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə mübarizliyini daha da artırıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qətliamın təşkilatçılarını qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Məhz Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması üçün hər il dövlət səviyyəsində Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.

Sonra tarixçi-alim Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edib.

İqtisadiyyat Nazirliyinin əməkdaşı Ülkər Manafova vurğulayıb ki, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan 20 Yanvar hadisələri yaddaşlardan silinməyəcək, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq.

Tədbirdə faciəyə həsr olunan "Müqəddəs Məkan" filmi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında 20 Yanvarla bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ-ın daha bir ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyannamə qəbul edib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini anıb

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib (FOTOLAR)

Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

21 Fevral 2020, 12:04 (GMT +4)
Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

21 Fevral 2020, 11:54 (GMT +4)
Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

21 Fevral 2020, 11:52 (GMT +4)
Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb

21 Fevral 2020, 11:37 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə gələcək

21 Fevral 2020, 11:33 (GMT +4)
Bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

21 Fevral 2020, 11:21 (GMT +4)
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

21 Fevral 2020, 11:08 (GMT +4)
Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib (VİDEO)

21 Fevral 2020, 11:07 (GMT +4)
"Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub (FOTO)

21 Fevral 2020, 10:53 (GMT +4)
Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

21 Fevral 2020, 10:36 (GMT +4)
Putin Hanauda baş verən hadisədə ölənlərlə bağlı Merkelə başsağlığı verib

21 Fevral 2020, 10:30 (GMT +4)
Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

21 Fevral 2020, 10:20 (GMT +4)
Tramp ortağı Stounun bəraət qazanacağına ümid edir

21 Fevral 2020, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

21 Fevral 2020, 10:07 (GMT +4)
ABŞ İranın beş yüksək rəsmisinə sanksiya tətbiq edib

21 Fevral 2020, 10:01 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

21 Fevral 2020, 09:55 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb

21 Fevral 2020, 09:37 (GMT +4)
Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

21 Fevral 2020, 09:35 (GMT +4)
ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib (FOTO)

21 Fevral 2020, 09:30 (GMT +4)
Putin, Merkel və Makron İdlibdəki vəziyyətin gərginləşməsini müzakirə ediblər

21 Fevral 2020, 09:23 (GMT +4)
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib (FOTO)

21 Fevral 2020, 09:13 (GMT +4)
Baş prokuror Şirvanda vətəndaş qəbulu keçirəcək

21 Fevral 2020, 09:10 (GMT +4)
Türkiyə MN: Suriyanın İdlib bölgəsində iki türk əsgəri ölüb

21 Fevral 2020, 09:00 (GMT +4)
İranda Parlament seçkilərinə start verilib

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:20 (GMT +4)
Türkiyə Ordusu İdlibdə Suriya Ordusunun mövqelərinə hücuma keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66