Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib

19 Yanvar 2019, 14:47 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, müşavirədə Xidmətin baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirədə çıxış edərək ötən il penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Nazir müavini hesabat dövründə dövlətimizin başçısının cəza-icra fəaliyyətini tənzimləyən müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib. Penitensiar Xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və kadr işinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin 2018-ci ildə də davam etdirildiyi diqqətə çatdırılıb. O, əsas diqqətin fəaliyyətdə şəffaflığın artırılmasına, korrupsiya və vəzifədən sui-istifadə kimi mənfi hallarla mübarizəyə yönəldildiyini bildirib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələləri, o cümlədən ötən dövrdə ölkəmizin əldə etdiyi uğurlu nəticələri və aparılan iqtisadi islahatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Keçən ilin iqtisadi inkişaf baxımından uğurlu olduğu, şəffaflığı tam təmin etmək və xoşagəlməz hallara qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm addımlar atıldığı qeyd olunub.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov 2018-ci ildəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası davam etdirilib, qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.

Əvvəlki illərdə olduğu kimi, dövlətimizin başçısının penitensiar sahədə həyata keçirilən humanist siyasəti davam etdirilib, mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrumetmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Sərəncam vaxtında və dürüst icra edilib.

Dövlətimizin başçısının təşəbbüsü ilə 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş qanunun icrası ilə əlaqədar 2018-ci ildə penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilib. Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilib, 818 məhkumun müraciətlərinə baxılıb və onlardan 363-nə müsbət rəy verilib. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

2018-ci ildə həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat məbləğində pul, 96 mobil telefon, 139 min 327 qram narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına kömək göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 7 odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib. Tərbiyə işinə, xüsusilə məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosialyönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilib. Məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması istiqamətində seminar-treninqlər keçirilib.

Hesabat dövründə baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilib. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilib, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilib, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb

Azərbaycan ədliyyəsinin 100 illiyi Penitensiar Xidmətdə qeyd edilib

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib

Milli Preventiv Qrupun üzvləri Penitensiar xidmətin Həbsxanasına baş çəkib

Penitensiar müəssisələrdən azad edilmiş 5214 şəxsə birdəfəlik müavinət ödənilib

Penitensiar Xidmətin Baş İdarəsində müşavirə keçirilib

Bu il ƏƏSMN penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2447 şəxsi birdəfəlik müavinətlə təmin edib

Şəkidə penitensiar müəssisəyə narkotik maddə keçirmək istəyən bir ailənin 3 üzvü saxlanılıb

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib

Penitensiar xidmətin Mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Bakıda Penitensiar Xidmətin müalicə müəssisəsində məhkum dünyasını dəyişib

Bakıda Penitensiar xidmətin avtomobili 9 yaşlı məktəblini vurub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6681 şəxsi birdəfəlik müavinətlə təmin edilib - ƏƏSMN

Pozuntulara yol verən Penitensiar Xidmətin 112 əməkdaşı barədə tədbirlər görülüb - xidmət rəisi

Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi kollektivə təqdim olunub

ƏƏSMN penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1758 nəfəri birdəfəlik müavinətlə təmin edib

Azərbaycanda əfv sərəncamı Penitensiar Xidmətin 6, 15 və 10 saylı CÇM-lərində icra edilib (FOTO)

Ədliyyə Nazirliyi Penitensiar Xidməti dünyasını dəyişən iki məhkumla bağlı xəbərlərə aydınlıq gətirib

Penitensiar Xidmətin 322 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş 5823 şəxs birdəfəlik pul müavinətilə təmin edilib

27 İyun 2019, 17:05 (GMT +4)
Qərb hündür divarlarla özünü qaçqınlardan qorumağa çalışır - Ərdoğan

27 İyun 2019, 16:58 (GMT +4)
Yerdəyişmə və tərəfdaşlıq üzrə III beynəlxalq konfrans keçirilib

27 İyun 2019, 16:53 (GMT +4)
Rusiyadan turist axınının azaldılması Gürcüstan iqtisadiyyatına 300 milyon dollar ziyan vura bilər

27 İyun 2019, 16:52 (GMT +4)
“N” saylı hərbi hissədə konsert proqramı təşkil olunub

27 İyun 2019, 16:41 (GMT +4)
Tunisin 93 yaşlı prezidenti xəstəxanaya yerləşdirilib

27 İyun 2019, 16:38 (GMT +4)
ABŞ prezidenti G-20 sammitinə həyat yoldaşı olmadan gəlib 

27 İyun 2019, 16:07 (GMT +4)
Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

27 İyun 2019, 16:01 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

27 İyun 2019, 15:53 (GMT +4)
Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşüb

27 İyun 2019, 15:48 (GMT +4)
Lerikdə yerli fermer və sahibkarlar üçün maarifləndirici seminar keçirilib

27 İyun 2019, 15:46 (GMT +4)
Səudiyyə və BƏƏ Pompeoya İranla müharibənin əleyhinə olduğunu bildirib - KİV

27 İyun 2019, 15:40 (GMT +4)
Merkel protokol tədbirində yenidən özünü pis hiss edib (VİDEO)

27 İyun 2019, 15:22 (GMT +4)
Görmə imkanları məhdud uşaqlar üçün səsli kitablarla bağlı mobil tətbiq hazırlanıb (FOTO)

27 İyun 2019, 15:07 (GMT +4)
Kiber təhdidlər mərkəzi: Rusiyaya hücumlar AB və ABŞ-dan idarə olunur

27 İyun 2019, 14:58 (GMT +4)
İcbari Sığorta Bürosu tərəfindən növbəti maarifləndirici videoçarx hazırlanıb

27 İyun 2019, 14:52 (GMT +4)
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər

27 İyun 2019, 14:50 (GMT +4)
Tunis paytaxtında kamikadze özünü partladıb, yaralananlar var (VİDEO)

27 İyun 2019, 14:50 (GMT +4)
Braziliya prezidentinin təyyarəsində 40 kq kokain aşkar edilib

27 İyun 2019, 14:37 (GMT +4)
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib

27 İyun 2019, 14:30 (GMT +4)
Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

27 İyun 2019, 14:26 (GMT +4)
Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

27 İyun 2019, 14:09 (GMT +4)
Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusarda yerləşən məqbərəsi ziyarət edilib 

27 İyun 2019, 14:03 (GMT +4)
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb

27 İyun 2019, 13:58 (GMT +4)
MDB ölkələri oyunları tarixdə ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək

27 İyun 2019, 13:37 (GMT +4)
Nazirlik isti hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

27 İyun 2019, 13:31 (GMT +4)
Rusiya ABŞ-ın Fələstinlə bağlı Bəhreyndə keçirdiyi toplantıya münasibət bildirib

27 İyun 2019, 13:04 (GMT +4)
Rusiya Səudiyyə Ərəbistanına silah və hərbi texnika tədarük edib 

27 İyun 2019, 12:20 (GMT +4)
DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27 İyun 2019, 12:19 (GMT +4)
Dəməşqin mərkəzində partlayış törədilib – Yaralananlar var

27 İyun 2019, 12:05 (GMT +4)
Yeddi ölkənin nümayəndə heyəti Rusiyaya görə AŞPA sessiyasını tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12