Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

25 Yanvar 2019, 13:44 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması ilə bağlı Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət ünvanlayıb.

SalamNews-un məlumatına görə, müraciətdə bildirilir ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər zaman özünün nümunəviliyi ilə diqqət çəkib: “Sevindirici haldır ki, müasir dövrdə bu münasibətlər strateji tərəfdaşlığa əsaslanaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə də böyük məsuliyyət düşür və hər iki ölkənin ali qanunverici orqanlarının tarixi dostluğumuzun dərinləşməsi istiqamətdəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir”.

“Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir”, -deyə müraciətdə vurğulanır.

Müraciətdə həmçinin müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acıların eyni olduğu önə çəkilir. Buna görə Azərbaycan dövlətinin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etdiyi önə çəkilir.

“Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları Vətəndir” fikirlərinin yer aldığı sənəddə Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupunun üzvləri xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırılır: “Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk. İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcəkdir. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Mətbuat Şurası KİV-ə müraciət edib

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib

Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib    

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurasının rəhbərliyi mərhum jurnalistlərin məzarlarını ziyarət edib

Azərbaycan Mətbuat Şurasının icraçı katibi istefa verib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclas keçirib

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı laureatlarının adları məlum olub

Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurası ahıl jurnalistin 70 yaşını qeyd edib

Azərbaycan Mətbuat Şurası Ukrayna hökumətinə və səfirliyinə müraciət edəcək

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası KİV-lərə müraciət edib

Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetini 95 illik yubileyi münasibətilə təbrik edib

İstanbul Universitetinin nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

ABŞ səfirliyi Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

Azərbaycan Mətbuat Şurasında «qaynar xətt» fəaliyyətə başlayıb

06 Avqust 2020, 11:39 (GMT +4)
Cavad Zərif «Google translate»nin İran-Livan xalqlarının əlaqələrilə bağlı «təxribatı»ndan yazıb (VİDEO)

06 Avqust 2020, 11:35 (GMT +4)
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib

06 Avqust 2020, 11:20 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

06 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

06 Avqust 2020, 10:57 (GMT +4)
Beyrut partlayışı nəticəsində ölənlərin sayı 135-i keçib

06 Avqust 2020, 10:37 (GMT +4)
AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

06 Avqust 2020, 10:25 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

06 Avqust 2020, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 35 dəfə pozub

06 Avqust 2020, 09:46 (GMT +4)
Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

06 Avqust 2020, 09:31 (GMT +4)
Ayətullah Xamenei Livan hökuməti və xalqına başsağlığı verib

06 Avqust 2020, 09:31 (GMT +4)
KİVDF-nin icraçı direktoruna ağır itki üz verib

06 Avqust 2020, 09:16 (GMT +4)
Beyrut limanının rəhbərliyi ev dustağı edilib

06 Avqust 2020, 09:00 (GMT +4)
Dövlət orqanlarındakı boş yerlərin tutulması üçün müsahibə elan edilib

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66