Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan Xalça Muzeyi “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir

28 Yanvar 2019, 16:29 (GMT +4)

Bakı. 28 yanvar, SalamNews. Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi-layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub.

Muzeydən SalamNews-a bildirilib ki, ölkənin muzey işi tarixində yeni səhifə olacaq bu sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

2019-cu ilin fevral ayı ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə “Tarixə və ənənəyə toxunuş” Azərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunacaq. Bu layihə “ASAN” Radionun media, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə keçiriləcək.

Layihənin əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaq. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

Ruhani təbrizli sənətkarların 6 ilə toxuduğu 600 kv-metrlik xalçanın açılışını edib (FOTO)

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

“Azərxalça” ASC-nin Qobustan filialının açılışı olub

Tacikistanda Azərbaycan xalçalarının sərgisi keçiriləcək

Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda nümayiş olunacaq

“Azərxalça” 2018-ci ili uğurla başa vurur

“Azərxalça” ASC-nin Ağdam filialının açılışı olub

Xalça müzeyində beynəlxalq simpozium keçirilib (FOTOLAR)

Forumun iştirakçıları Milli İncəsənət və Xalça muzeyləri ilə tanış olublar

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

Beynəlxalq Muzeylər Şurası: Xalça Muzeyi bütün standartlara cavab verir

Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

20 Fevral 2020, 09:57 (GMT +4)
Suriyada Rusiya və ABŞ hərbi maşınlarının bir-birilə «yarışması» kameralara düşüb (VİDEO)

20 Fevral 2020, 09:57 (GMT +4)
Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 Fevral 2020, 09:47 (GMT +4)
Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:35 (GMT +4)
Maqadanda təyyarə havaya qalxarkən yerə çırpılıb

20 Fevral 2020, 09:30 (GMT +4)
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

20 Fevral 2020, 09:16 (GMT +4)
İranda koronavirusa yoluxan iki nəfər həyatını itirib

20 Fevral 2020, 09:10 (GMT +4)
Tramp Pentaqon rəhbərinin müavininin istefa etdiyini açıqlayıb

20 Fevral 2020, 09:02 (GMT +4)
Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTOLAR)

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66