İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb30 Yanvar 2019, 09:02 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.
SalamNews xəbər verir ki, sənəd Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində imzalanıb.
Sənədə əsasən, ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
|