BŞH “Kommersant” qəzetində yayılan məlumata rəsmi aydınlıq gətirib01 Fevral 2019, 09:30 (GMT +4) Bakı, 1 fevral, SalamNews, K.Orxan. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlələ bağlı rəsmi açıqlama yayıb.
Şirkətdən SalamNews-a daxil olan açıqlamada bildirlir ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlər qeyri-rəsmi və əsassız məlumatlardır: "Belə ki, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlımüqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır. Eyni zamanda bildirmək istərdik ki, Formula 1 yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda Formula 1 yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir".
|