Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA yanında İctimai Şuranın iclası keçirilib

04 Fevral 2019, 17:21 (GMT +4)

Bakı, 4 fevral, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. 

KOBİA-dan SalamNews-a verilən məlumata görə, İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və sahəvi assosiasiyaların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 2018-ci ildə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də Agentliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib.

Vurğulanıb ki, ötən il kiçik və orta biznesin qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Bütün bunlar ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, KOB-ların fəaliyyətinin genişləndirilməsində əhəmiyyətlidir. Agentlik yanında İctimai Şuranın 2018-ci ilin noyabrında yaradıldığını xatırladan Orxan Məmmədov kiçik və orta biznesin inkişafı istiqamətində Agentlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində Şuranın fəal iştirakının önəmini diqqətə çatdırıb.

Sonra Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digərləri çıxış edərək iclasın gündəliyində olan məsələlərə, İctimai Şuranın fəaliyyətinə və şuranın Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, Agentlik yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb.

İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

KOBİA qadın sahibkarlığının inkişafının təşkilati modellərini dəstəkləyəcək

KOBİA kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönələn modellər hazırlayır

KOBİA Özəl İnvestisiya Fondu yaradacaq

KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

KOBİA ilə "Ziraat Bank Azərbaycan" arasında Protokol imzalanıb

KOBİA və KOSGEB arasında əməkdaşlıq genişlənir

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66