Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib

06 Fevral 2019, 16:46 (GMT +4)

Bakı, 6 fevral, SalamNews. Fevralın 6-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan SalamNews-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq Humanitar Elmləri Bölməsinin (HEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb. HEB-ə daxil olan institut və təşkilatlardan, eləcə də kənar elmi müəssisələrdən mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

İclasda çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. Alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə bağlı, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı, həmçinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair Dövlət Proqramı", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" üzrə həyata keçirilən işlər haqqında geniş məlumat verib.

Dövlət başçısının görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı bir sıra sərəncamlar imzaladığını deyən akademik qeyd edib ki, "Mikayıl Müşfiqin 110 illiyinin keçirilməsi haqqında", "Qara Qarayevin 100 illik yubileyinin ke­çi­­ril­məsi haqqında" sərəncamları bölmənin elmi tədqiqat müəs­sisələri tərəfindən yüksək səviyyədə icra olunub. Əlavə edib ki, "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı hazırlanıb.

Statistik məlumatları nəzərə çatdıran akademik vurğulayıb ki, ötən il bölmə üzrə 33 problemin 82 mövzusu, 373 işin 189 mərhələsi üzrə tədqiqat işləri aparılıb. Akademik 22 mövzuda 213 işin 188 mərhələsinin başa çatdığını söyləyib.

Bölmə üzrə nəşrlər haqqında məlumat verən T.Kərimli bildirib ki, 5-i xaricdə olmaqla 175 kitab, 13-ü xaricdə olmaqla 69 monoqrafiya, 300-ü xaricdə olmaqla 1904 məqalə, 57-si xaricdə olmaqla 225 tezis və 37 dərslik çap edilib. 2018-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsinin dərc edildiyini, elmi əsərlərə 655 dəfə istinad olunduğunu söyləyib.

Bölmənin kadr hazırlığı məsələsinə toxunan natiq vurğulayıb ki, hesabat ilində doktoranturaya 30 nəfər qəbul olunub, 19 nəfər isə bitirib. Fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 43 nəfərin dissertasiya işini müdafiə etdiyini deyən T.Kərimli daha 60 işin müdafiəyə hazırlandığını diqqətə çatdırıb.

Natiq bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində daha da genişləndiyini, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirildiyini söyləyib. Alim hesabatda dövlət başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə akademiklər İsa Həbibbəyli, Rasim Əliquliyev, Kamal Abdullayev, Vaqif Abbasov, Möhsün Nağısoylu, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsi üzrə mühüm nəticələr bəyənilib, statistik məlumatlar Akademiyanın illik hesabatına daxil edilib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə bağlı olaraq "Heydər Əliyev və Azərbaycan humanitar elmi" monoqrafiyasının hazırlanması, eləcə də Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi, "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"nın icrası, multidissiplinar tədqiqatların aparılması, təhsil, kadr hazırlığı və digər istiqamətlərdə müvafiq tapşırıqlar verilib.

İclasda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı da müzakirə olunub. Rəyasət Heyəti böyük Azərbaycan şairivə müvafiq tapşırıqlar verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlanır

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

25 Sentyabr 2020, 12:45 (GMT +4)
"Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib

25 Sentyabr 2020, 12:40 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçib

25 Sentyabr 2020, 12:35 (GMT +4)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edilib

25 Sentyabr 2020, 12:33 (GMT +4)
Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

25 Sentyabr 2020, 12:31 (GMT +4)
BŞTİ: Məktəbəhazırlıq qruplarına 27 136 uşaq cəlb olunacaq

25 Sentyabr 2020, 12:27 (GMT +4)
Təhsil naziri tələbələri təbrik edib

25 Sentyabr 2020, 12:15 (GMT +4)
"Brent" markalı xam neftin qiyməti 42,17 dollara yüksəlib

25 Sentyabr 2020, 12:13 (GMT +4)
Neftçalada qanvermə aksiyası keçirilib

25 Sentyabr 2020, 12:03 (GMT +4)
Kim Çen In ilk dəfə olaraq Cənubi Koreya xalqından üzr istəyib

25 Sentyabr 2020, 12:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

25 Sentyabr 2020, 11:52 (GMT +4)
ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

25 Sentyabr 2020, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

25 Sentyabr 2020, 11:44 (GMT +4)
Tramp gələcək ABŞ seçkilərinin düzgün keçiriləcəyindən əmin deyil

25 Sentyabr 2020, 11:30 (GMT +4)
“Azexport” portalında sığorta xidmətləri yerləşdiriləcək

25 Sentyabr 2020, 11:29 (GMT +4)
İranda bir təlim təyyarəsi qəzaya uğrayıb

25 Sentyabr 2020, 11:20 (GMT +4)
ABŞ prezidenti hakimiyyətdən dinc yolla getməsinin şərtlərini açıqlayıb

25 Sentyabr 2020, 11:16 (GMT +4)
“Bavariya” UEFA Super Kubokunun qalibi olub

25 Sentyabr 2020, 11:02 (GMT +4)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır

25 Sentyabr 2020, 10:59 (GMT +4)
İlk dəfə olaraq Səudiyyə Ərəbistanın xaricdəki müxalifəti partiya təsis edib

25 Sentyabr 2020, 10:47 (GMT +4)
Fransa bir gündə 16 min COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 10:45 (GMT +4)
Prezident İlham Əliyev: Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır

25 Sentyabr 2020, 10:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 61 dəfə pozub

25 Sentyabr 2020, 10:27 (GMT +4)
İranda hərbi parada edilən qanlı hücumun yeni görüntüləri yayılıb (VİDEO)

25 Sentyabr 2020, 10:13 (GMT +4)
BMT Baş Katibi: İnsanlıq pandemiya sınağından keçə bilmədi

25 Sentyabr 2020, 10:06 (GMT +4)
Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində (FOTO)

25 Sentyabr 2020, 09:53 (GMT +4)
“Prezident Heydər Əliyev” tankeri istismara buraxılıb

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyətin qəlizləşdiyini deyib

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Fələstinli hərəkatların növbəti taleyüklü görüşü Qətərdə keçiriləcək

25 Sentyabr 2020, 09:45 (GMT +4)
Vətəndaşlardan alınan pikaplarla bağlı növbəti açıqlama verilib

25 Sentyabr 2020, 09:30 (GMT +4)
Azərbaycan Prezidenti: Ermənistanda faktiki olaraq diktatura qurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66